24 Ocak 2012 Salı

Əgər dünya olsaydım

Əgər mən dünya olsaydım, ümidlərimin hərəsi bir Pompey şəhəri olardı. Dünyamın bütün sakinləri onların nə vaxtsa olduğunu, sonra  həyatın alovundan yandığını bilərdilər.
Əgər mən dünya olsaydım, bütün dünya okeandan ibarət olardı... Dünyamın bütün sakinləri kədərimin içində üzməyi mənimsəyərdilər.
Mən dünya olsaydım sən də ilahə olardın, üzümə gülərdin, məni yenidən yaradardın. Sonra da günəşimə çevrilib məni ətrafında  dövrə vurmağa məhkum edərdin. Mənsə o biri  planetləri vecimə almadan  başına dolanardım.

Dünya olsaydım, içimə dövlətlər, dinlər, millətlər buraxmazdım. Dünyamın sakinləri sənə olan sevgimin hakimiyyəti altında yaşayardılar. Mən dünya olsaydım, sevgimiz qurdla qiyamətə qalardı.
Mən dünya olsaydım, sevgimiz Tanrısının kölgəsinə Sultan Süleymandan daha yaxın olardı, “Tanrının qamçısı”-na daha çox bənzəyərdi,  əlinə arzu adlı qılıncını  alıb dünyamı Tanrısının gücünə və böyüklüyünə inanmayan şübhə adlı kafir təriqətindən təmizləyərdi. Mən dünya olsaydım, mən də ancaq SACİ dövləti mövcud olardı, onun paytaxtı da ürəyim olardı. Ürəyimin mərkəzində böyük sarayın olardı, o sarayda da  saat əqrəblərində düzəldilmiş taxtın...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review