
Təsəvvür elə ki, küçə fanarlarının işıqlarından parıldayan şəhərin ən qaranlıq küçəsiylə gedirsən.Birdən hiss edirsən ki, kimsə israrla arxanca gəlir.Əvvəlcə fikir vermirsənki bəlkə təsadüfən yolu səninkiylə bir düşüb?.Amma biraz keçəndən sonra onun ayaq səsləri səni əməlli başda narahat etməyə başlayır.Ürəyin daha sürətlə döyünməyə başlayır, üzünü çevirib arxanca baxırsan,amma heç kimi görmürsən.Bu,səni daha çox şübhələndirir.Sən artıq arxanca gələn ayaq səslərindən qorxmaqdan başqa özündən şübhələnməyə də başlayırsan..."Bəlkə mən dəliyəm?"
Sən addımlarını sürətləndirdikcə onun addımlarının da sürəti artır.Sən irəlilədikcə,elə bil ev səndən uzaqlaşır.Artıq tez-tez yeriməkdən bezib qaçmağa başlayırsan,amma sənin arxanca o da qaçmağa baş...