
Bəzən məni anlamayan insanlara haqq verirəm,çünki çox vaxt heç özüm də nə istədiyimi anlaya bilmirəm.. Belə olanda mən özümə sual verirəm ki,görəsən niyə hər kəs məni bəxtəvər sayanda mən özümü bədbəxt,bədbəxt sayılanda isə bəxtəvər kimi hiss edirəm? Bu sərsəm dünyada 20 il boyunca çalışsamda, hələ də başa düşə bilməmişəm ki, mən bəxtəvərəm,ya bədbəxt.Bəzən deyirəm ki, mən Allahın sevimli bəndəsiyəm.Bəli, mən bəxtəvərəm.Çünki mənə nə lazımdısa,təkcə mən yox,hər kəs mənimçün istəyir...Mənim səbrim yoxdur.Neyləyirəmsə, bu səbr adlanan nemət mənə yaxın gəlmir.Nə nevroloq,nə psixoloq,nə psixoterapevt məni səbrli olmağa vadar eləyə bilməyib.Yox,onlar zəif mütəxəssis deyillər.Mənim ruhumda səbr yoxdursa, onlar neyləsinlər...