
Ehh, sən hələ çox şey öyrənməlisən
O, hər zaman qucağına gəlməyi istəyəcək qədər ərköyün, heç zaman qucağına gəlməyəcək qədər nazlıdır. Xoşbəxtlik tələbkardır. O, səni sevmək üçün hər şey istəyir. Diqqət, arzu və sevgi. Nə gülürsən, elə bilirsən təkcə insanlar sevə bilir? Hə? Ehh, sən hələ çox şey öyrənməlisən.
Bu yazını oxuyursansa, deməli, həyatında heç olmasa 1 kitab oxumusan. O kitabı da çox guman ki, kitab mağazasından almısan. Əgər bu 2 ehtimalımda yanılmıramsa, deməli sən heç olmasa 1 dəfə “uğuru necə əldə etməli?”, ”Necə edim ki, daha çox qazanım?” və buna bənzər kitablarla rastlaşmısan və sözsüz ki, bu kitab səni cəlb edib. Bəs əgər uğurun səni sevib yanına gələcəyini düşünmürsənsə, bu kitablar diqqətini niyə yayındırıb? Görürsən,...