
Otağım xatirələrini qucaqlayır. Dörd divarım şəkillərinlə bəzənib. Heç nəfəslik də lazım deyil. Mən ki səninlə nəfəs alıram.Bilirsən, insanın dünya olduğunu səni tanıyandan sonra anladım. Sənin ki gözlərinin işığından göz yaşlarımın buxarlandı, sənin sevgin ki, məni ətrafında dövrə vurmağa məcbur elədi, sənin yoxluğun ki, məni qaranlığa qərq elədi, dondurdu - yer kürəsi olduğuma inandım, gülüm....