2 Ekim 2011 Pazar

"Backspace" ədəbiyyatı

 Hə,doğrudur,zaman dəyişib.Artıq Kafkanın,Dostoyevskinin,Tolstoyun zamanı keçib: yazar deyəndə ağlımıza Seymur Baycan, Əli Əkbər,Rafiq Tağı gəlir. Bu elə məntiqə uyğundur ki. Axı niyə hər kəsin hər şeyi silib müstəqil yaşamaq istədiyi vaxtda Feodor Mixayloviç cinayətin cəzasından,Tolstoy insanın nə ilə yaşadığından ,Kafka isə çevrilmədən danışsın?Əgər hər şey-hətta Allah-Təalanın şah əsəri olan insanlar da cılızlaşırsa,cəmiyyətin güzgüsü saydığımız ədəbiyyat niyə böyüməlidir? Deyirəm, bu yazarlarımızı tənqid edənlərin ağlı yoxdur ee...
Elə bil,zaman balaca uşaqdır,dünya isə oyuncağı-bu gün tikdiyini sabah sökür,dünən qala kimi gördüyümüz mentalitet,din,prinsipi bu gün gecəqondu hesab edib sökürük,onun yerinə isə “ azadlıq” adlı göydələn tikirik,lap tənqid etdiyimiz iş adamları kimi.Hər şey dəyişir,inkişaf edir,amma biz hələ də buludlara toxunmaq istəyirik.Biz hələ də bir-birimizə danışdığımız “ gün gələcək,hamı azad və xoşbəxt yaşayacaq” nağılına inanırıq,sonra sadəlövhcəsinə  göydən düşəcək almaları gözləyirik.
Düzdür, göydən alma düşəcək,amma...Amma o göydən düşən almalar bizim bir zamanlar göyə atdığımız çürük almalar olacaqlar.İndi əkdiyimiz istəsəkdə,istəməsəkdə gələcəkdə qabağımıza çıxacaq.Nə zamansa,uşaqlarımıza öyrətdiklərimiz gələcəyimizi müəyyən edəcək.Zaman keçəcək, elm, texnika inkişaf edəcək.Nastrodamus olmasam da onu bilirəm ki, gələcəkdə elə bir kompyuter icad edəcəklər ki, onun klavyaturasında ancaq backspace düyməsi işləyəcək.Çünki “ inkişaf,azadlıq” deyə-deyə hər şeyi siləcəyik deyə bir qədər sonra biz tikməyi,yartmağı yadırğayacyıq.O,valideynə,böyüyə,kişiyə,qadına, uşağa hörməti lüğətdən siləcək,abır,həya,ismət, iman,mentalitet,vicdan sözlərini trixin səhifələrinə qatacaq.O kompyuterin adı nə olacaq bilirsiniz? BİZ!

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review