
(Qəti qadağandır)
Ester öz ailəsinə, xüsusilə də doğma atasına çox bağlı idi. Evdə, demək olar ki, atasının yanından bir an belə aralanmırdı; gah onunla şahmat oynayır, gah əsgərlik xatirələrini xəbər alır, gah da əksər günlərdə olduğu kimi divanın küncünə qısılıb onunla maraqlı filmlər seyr edirdi. Ancaq həmin filmləri digərlərindən fərqləndirən mühüm bir əlamət var idi; hər birində ekranın yuxarıdan sağ küncünə "18+" yazılmışdı. Ester bu işarənin nə məna kəsb etdiyini atasından dəfələrlə soruşmuş, sualı cavabsız qalmışdı. Onun baxdığı filmlər içərisində ən çox bəyəndiyi "18 il" adlı mistik triller də elə bu tip filmlərdən idi. Bu film böyük bir nəslin lənətlənməsindən bəhs edirdi; müəmmalı səbəblərdən dolayı həmin bu nəslin oğlan...