
Gecə göylərə qaranlıq paylarkən mən içimdə sevgi adlı günəş gəzdirirdim. Gecə hamının ümidlərini öldüsədə,mənim ümidlərimi onun xəyalı yaşadırdı.Hamı yıxılmamaq üçün gözünü yerə diksədə mən gözümü qaranlıq səmaya dikib onagözəllik verən ulduzların arasında onu axtarırdım. Çünki o da mənim ulduzum idi.Hər dəfə daxilimdəki dünyaya gecə düşəndə o öz kiçik işığıyla qaranlıq dünyama işıq saçmağa çalışırdı.O,hər şeyə və hər kəsə xəyanət edən İblisin övladları içində mələyə ən çox bənzəyən idi.Ona görə mən onun kürəyində qanad axtarırdım.Mənim mələyimin gözləri iki fərqli dünyaya bənzəyirdi.Mənsə o iki fərqli dünyada özümü axtarırdı...