29 Kasım 2010 Pazartesi

Qanadı yanmış mələk


Onu tanıyan gün özümə söz vermişdim ki, hekayə yazmağı tərgidəcəm,çünki kiminsə onun həyat yolunu oxuyub “ aa nə maraqlı sujetdi?” deməyi məni incidəcəydi,başqa da bir sujet uydura bilmirdim.Mən məhz həmin gün anlamışdım ki, dünyanın ən dahi yazıçısı nə Paolo Koelyo,nə Dostoyevski nə də Tolstoy deyil,Tanrıdır.Bu cür sujeti ancaq o, uydura bilərdi.
Qıyıq gözlər,çəlimsiz gövdə qorxaq baxışlar və onları ört-basdır etməyə çalışan cəsarətli danışıq...Onu axırıncı dıfı 7 ay bundan qabaq görmüşəm,amma Fidan bütün incəliklərilə yaddaşımın bir küncündədir.Aradabir “ Ala həriiii!” deməyi yadıma düşür,öz-özümə dəli kimi gülürəm.Məktəbdəki sərgüzəştlərimiz,Zərifə müəllimə ilə dalaşmaqlarımız,yan yana oturub bütün dərsi ordan-burdan danışmaqlarımız  yada düşəndə içimdə qəribə hisslər baş qaldırırlar.Biraz gülürəm,biraz kədərlənirəm,biraz doluxsunuram...

27 Kasım 2010 Cumartesi

Bəxtəvər bədbəxtin duaları



Bəzən məni anlamayan insanlara haqq verirəm,çünki çox vaxt heç özüm  də nə istədiyimi anlaya bilmirəm.. Belə olanda mən özümə sual verirəm ki,görəsən niyə hər kəs məni bəxtəvər sayanda mən özümü bədbəxt,bədbəxt sayılanda isə  bəxtəvər kimi hiss edirəm? Bu sərsəm dünyada 20 il boyunca çalışsamda, hələ də başa düşə  bilməmişəm ki, mən bəxtəvərəm,ya bədbəxt.
Bəzən deyirəm ki, mən Allahın sevimli bəndəsiyəm.Bəli, mən bəxtəvərəm.Çünki mənə nə lazımdısa,təkcə mən yox,hər kəs mənimçün istəyir...
Mənim səbrim yoxdur.Neyləyirəmsə, bu səbr adlanan nemət mənə yaxın gəlmir.Nə nevroloq,nə psixoloq,nə psixoterapevt məni səbrli olmağa vadar eləyə bilməyib.Yox,onlar zəif mütəxəssis deyillər.Mənim ruhumda səbr yoxdursa, onlar neyləsinlər?!

Dostuma....

Salam,dost! Bu gün sənə həmişəkindən daha uzağam.Düzdür,biz artıq eyni şəhərdəyik,amma binalarımızın arasında duran göydələnlər bizi bir-birimizdən elə ayırır ki, elə bil sən dünyanın o biri qütbündəsən.Elə bil səni və mədh etməkdən yorulmadığın şəhərini heç vaxt görməyəcəm.Bu hissin ağırlığını sözlə izah etmək mümkün deyil.Bəlkə də mümkündür.Tərəddüdümə son vermək üçün mən buna çalışacağam.
Buralarda yağış məni çox qorxudur,çünki,onun damlaları duzludur.Lap göz yaşı kimi.Bəlkə buludlar insanların göz yaşlarını içib? Bəlkə buna görə insanlar ağlaya bilmirlər?
            Deyəsən buraları qatı duman işğal edib.Yox,yox, bu duman deyil, tüstüdür,nikotin tüstüsü.Deyəsən,buludlar da insanlar kimi siqaretə başlayıblar.Bəlkə də siqareti çəkən buludlar yox,aydır.Axı,o tək-tənha darıxır.Lap mənim kimi.Görəsən insanlar haradadırlar?Bəs mən haradayam?Bura haradır?Mən bura necə gəlmişəm?

Yeraltı dünyam

Bəlkə də 20 illik həyatım boyu bu günkü qədər qəribə gün keçirməmişdim. Əsəb, həyəcan, halsızlıq, sevinc, fəxr, dilxorluq.... Sanki bu gün 24 saatıma 86400 hiss sığışdıra bilmişdim. Elə bil ki, hər saniyəm məni 1 duyğuyla tanış edirdi.Yəqin ki, fortuna həyatımın monotonluğundan bezmiş və mənimlə  bir az oynamaq qərarına gəlmişdi. Əvvəlcə,universitetdəki birinci dərsimə gecikdiyimə görə biraz qanım qaraldı.Ardınca yenicə tanış olduğum qızın  ciddi bir səbəb olmadan pessimizmə qapılması da məni lap özümdən çıxartdı.Bir az sonra onun könlünü aldım və buna ürəkdən sevindim, dekan mənə dərsin yarısından  çıxıb evə  getməyə icazə vermədiyi üçün əsəbləşdim.

Zamanın konsulu

Qaranlıq səma bu gecə buludları göy üzündən sürgün etmişdi.Onların yoxluğunda ulduzlar par-par parıldayır bu yolla öz qələbələrini qeyd edirdilər.Yer isə öz növbəsində küçə fanarlarının  sarı işıqlarıyla ulduzlara cavab verir, onların sevinclərini bölüşürdü.Mənsə bu görüş səhnəsinə baxıb sevgiyə və digər ülvi hisslərə inamımı qaytarmağa çalışırdım.
Bu məqsədimə çatmaqda  mənə ancaq sükut yardım edə bilərdi ki, onu da köhnə divar saatımın kəsmək bilməyən tıqqıltısı pozurdu.Hər dəfə xəyal qurmağa başlayanda onun tıqqıltısı diqqətimi  dağıdır,xəyallarımı yarıda bölürdü.Əvvəl susdum və ona fikir verməməyə çalışdım.Amma onu tıqqıltısı kəsmək bilmirdi.Nəhayət mən bundan bezib xəyal qurmağı dayandırdım.Amma saat tıqqıldamağa davam edirdi.Elə bil ki, o öz tıqqıltısıyla mənə nəsə deyirdi:
-Tık,tık,tık tık..

11 Eylül 2010 Cumartesi

Sel


Bu gecə daxilimə sel gəlmişdi.Göz bəbəklərimə dolub 20 illik ağrılarımı içində saxlayan yaşlar  bəndlərini ırıb ürəyimə axmağa başladı.Bu yaşlar mənim ürəyimin sarayını xarabalığa çevirdi Bu sel mənim 20 ildir yığılan ümidlərimi və işıqlı fikirlərimi məhv etdi.İçimdəki bu xarabalıqsa  qaranlığıma və qanadları qırılmış yaralı canavara yeni saray oldu.
Bu gecə qələmim mənə üsyan etdi.Mən nə qədər müqavimət göstərmək istəsəm də o mənim içimdəki ağrıları alıb özlər,cümlələr inşa edərək yeni monoloq yaratdı.Əllərim qələmimin diqtəsiylə mənim bütün sirrlərimi vərəqlərə danışdı.Beləliklə,mən indi də qələmimin xəyanətiylə üzləşdim.
Nədənsə bu aralar hamı,hər şey məni  incitməkçün əlindən gələni edirdi.Bir zaman mənim çiynimdə oturub  mənə təsəlli verən ilham pərim indi ümidsizliyin cildinə girib ruhumu işğal etmişdi.
O özüylə Şeytanın  üsyan dlı sərkərdələrini gətirmişdi.onlar heç vaxt belə böyük düny

Üsyan iynəsi

Bu gecə hər şeydən bezmişdim.Qulağıma telefonun qulaqlığını taxıb məni xəyallar dünyasına aparan notların göz oxşayan kombinasiyasından yaranan sehirli musiqiyə qulaq asırdım.
Qaranlıq otağıma bir damla şam işığıı qatıb qələmimi ona təhvil verdim ki,içimdəki dənizdə boğulub ölən ümidlərimi ruhumun sahilinə çıxarıb vərəqlərdə dəfn etsin.İstədim ki,ürəyimi gəmirən xatirələr hərflərə çevrilib mənim dəftərimi bəzəsinlər.İstədim ki, bu ağrı mənirahat buraxsın ki,mənim də nə vaxtsa xoşbəxt olmaq şansım yaransın.
Mən bu portreti keçmişimdə basdırmaq istərkən,o mənim gələcəyimdə məni gözləyirmiş.Mən yazmaq istəmirdim.Mən bunu tərgitməyi arzulayırdım..

4 Eylül 2010 Cumartesi

Yalnızlıq

Təsəvvür elə ki, küçə fanarlarının işıqlarından parıldayan şəhərin ən qaranlıq küçəsiylə gedirsən.Birdən hiss edirsən ki, kimsə israrla arxanca gəlir.Əvvəlcə fikir vermirsənki bəlkə təsadüfən yolu səninkiylə bir düşüb?.Amma biraz keçəndən sonra onun ayaq səsləri səni əməlli başda narahat etməyə başlayır.Ürəyin daha sürətlə döyünməyə başlayır, üzünü çevirib arxanca baxırsan,amma heç kimi görmürsən.Bu,səni daha çox şübhələndirir.Sən artıq arxanca gələn ayaq səslərindən qorxmaqdan başqa özündən şübhələnməyə də başlayırsan..."Bəlkə mən dəliyəm?"
Sən addımlarını sürətləndirdikcə onun addımlarının da sürəti artır.Sən irəlilədikcə,elə bil ev səndən uzaqlaşır.Artıq tez-tez yeriməkdən bezib qaçmağa başlayırsan,amma sənin arxanca o da qaçmağa başlayır.Və...

24 Ağustos 2010 Salı

Axtarış

Gecə göylərə qaranlıq paylarkən mən içimdə sevgi adlı günəş gəzdirirdim. Gecə hamının ümidlərini öldüsədə,mənim ümidlərimi onun xəyalı yaşadırdı.Hamı yıxılmamaq üçün gözünü yerə diksədə mən gözümü qaranlıq səmaya dikib onagözəllik verən ulduzların arasında onu axtarırdım. Çünki  o da mənim ulduzum idi.Hər dəfə daxilimdəki dünyaya gecə düşəndə o öz kiçik işığıyla qaranlıq dünyama işıq saçmağa çalışırdı.O,hər şeyə və hər kəsə xəyanət edən İblisin övladları içində mələyə ən çox bənzəyən idi.Ona görə mən onun kürəyində qanad axtarırdım.Mənim mələyimin gözləri iki fərqli dünyaya bənzəyirdi.Mənsə o iki  fərqli dünyada özümü axtarırdım.

23 Ağustos 2010 Pazartesi

Ayrılıq

-Eyy,mən gedirəm.Dur vidalaşaq.
-Hara gedirsən?
-Dəqiq ünvanı bilmirəm, bir onu bilirəm ki, səndən və bu çirkin dünyandan uzaqlara gedəcəm.Dur vidalaşaq mən gedim.
-Gözlə mən yatım,duranda gedərsən.Hara tələsirsən?
-Deməli vidalaşmaq istəmirsən.Yaxşı,necə istəyirsən.Mən getdim.
-Niyə gedirsəne,dəlisən?
-Bezmişəm,başa düşürsən? Bez-mi-şəm...
-Kİmdən və ya nədən bezmisən?
-Səndən ,səni və məni bu qədər bezdirən və yoran sevgidən,ruhdan.Qısası,hər şeydən.Gedirəm,salamat qal.
-Mənim sənə çox ehtiyacım var axı.Mən sənsiz neyləyərəm?
-Sənin mənə ehtiyacın olsaydı,məni sevginin nə olduğunu bilməyəck qədər ucuz insanların ayağı altına atmazdın.

Dənizim

Bu gecə burnuma dəniz qoxusu gəlirdi. Gecənin səssizliyini pozan acgöz qzğayılar, monotonluğuyla adamı bezdirən dalğa səsləri  məni rahat buraxmırdı.Yağışın həzin səsi,radioda ifa olunan gözəl mahnı belə məni sakitləşdirmirdi. Bu gecə. Kimsə boğulmuşdu.Sahillərin halına buludların da ağladığı vaxtda mən...
Men donuq baxışlarla məni də dalğalarıyla boğmaga çalışan dənizi seyr edirdim.Nə istədiyimi,nə hiss etdiyimi bilmirdim. Deniz xoş xatirələrimi,ümidlərimi,duyğularımı batıra-batıra ruhumu boğmağa.Mən ya yaşamalıydım, ya da...Dərd burasındaydı ki, nə edəcəyimi bilmirdim.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review