24 Ağustos 2010 Salı

Axtarış

Gecə göylərə qaranlıq paylarkən mən içimdə sevgi adlı günəş gəzdirirdim. Gecə hamının ümidlərini öldüsədə,mənim ümidlərimi onun xəyalı yaşadırdı.Hamı yıxılmamaq üçün gözünü yerə diksədə mən gözümü qaranlıq səmaya dikib onagözəllik verən ulduzların arasında onu axtarırdım. Çünki  o da mənim ulduzum idi.Hər dəfə daxilimdəki dünyaya gecə düşəndə o öz kiçik işığıyla qaranlıq dünyama işıq saçmağa çalışırdı.O,hər şeyə və hər kəsə xəyanət edən İblisin övladları içində mələyə ən çox bənzəyən idi.Ona görə mən onun kürəyində qanad axtarırdım.Mənim mələyimin gözləri iki fərqli dünyaya bənzəyirdi.Mənsə o iki  fərqli dünyada özümü axtarırdım.

Bu onu qorxudur,bu qorxu məni öldürür,hər ölümüm dəftərimə yeni monoloq əlavə edirdi.Amma bir gün hər şey bitdi...
Qələmimin mürəkkəbiylə birgə onun ümidi və mənim səbrim yox oldular.O gözlərimi işıqlandıran günəş  onun gedişiylə ürəyimi donduran buza çevrildi.Monoloqlarıma  qələmdən  mürəkkəb yerinə göz yaşı axdı. İşıqlı fikirlərim göz yaşlarıyla söndürüldü.Yastığıma həkk olunan mələyimin xəyalı göz yaşlarımdan zəhərlənib öldü.Mən ona son dəfə baxanda o qanadlarını çıxartdı və mənim tapdalamağa hazırlaşan insan izdihamına qoşulub üstümə yeriməyə başladı. Bununlada mənim xoşbəxtlik axtarışım uğursuzluqla başa çatdı...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review