29 Kasım 2010 Pazartesi

Qanadı yanmış mələk


Onu tanıyan gün özümə söz vermişdim ki, hekayə yazmağı tərgidəcəm,çünki kiminsə onun həyat yolunu oxuyub “ aa nə maraqlı sujetdi?” deməyi məni incidəcəydi,başqa da bir sujet uydura bilmirdim.Mən məhz həmin gün anlamışdım ki, dünyanın ən dahi yazıçısı nə Paolo Koelyo,nə Dostoyevski nə də Tolstoy deyil,Tanrıdır.Bu cür sujeti ancaq o, uydura bilərdi.
Qıyıq gözlər,çəlimsiz gövdə qorxaq baxışlar və onları ört-basdır etməyə çalışan cəsarətli danışıq...Onu axırıncı dıfı 7 ay bundan qabaq görmüşəm,amma Fidan bütün incəliklərilə yaddaşımın bir küncündədir.Aradabir “ Ala həriiii!” deməyi yadıma düşür,öz-özümə dəli kimi gülürəm.Məktəbdəki sərgüzəştlərimiz,Zərifə müəllimə ilə dalaşmaqlarımız,yan yana oturub bütün dərsi ordan-burdan danışmaqlarımız  yada düşəndə içimdə qəribə hisslər baş qaldırırlar.Biraz gülürəm,biraz kədərlənirəm,biraz doluxsunuram...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review