26 Kasım 2011 Cumartesi

Ülviyyəmə

Otağım xatirələrini qucaqlayır. Dörd divarım   şəkillərinlə bəzənib. Heç nəfəslik də lazım deyil. Mən ki səninlə nəfəs alıram.
Bilirsən, insanın dünya olduğunu səni tanıyandan sonra anladım. Sənin ki gözlərinin işığından göz yaşlarımın  buxarlandı, sənin sevgin ki, məni ətrafında dövrə vurmağa məcbur elədi, sənin yoxluğun ki, məni qaranlığa qərq elədi, dondurdu - yer kürəsi olduğuma inandım, gülüm.

6 Ekim 2011 Perşembe

Aqşin Evrən: +18


(Qəti qadağandır)

Ester öz ailəsinə, xüsusilə də doğma atasına çox bağlı idi. Evdə, demək olar ki, atasının yanından bir an belə aralanmırdı; gah onunla şahmat oynayır, gah əsgərlik xatirələrini xəbər alır, gah da əksər günlərdə olduğu kimi divanın küncünə qısılıb onunla maraqlı filmlər seyr edirdi. Ancaq həmin filmləri digərlərindən fərqləndirən mühüm bir əlamət var idi; hər birində ekranın yuxarıdan sağ küncünə "18+" yazılmışdı. Ester bu işarənin nə məna kəsb etdiyini atasından dəfələrlə soruşmuş, sualı cavabsız qalmışdı. Onun baxdığı filmlər içərisində ən çox bəyəndiyi "18 il" adlı mistik triller də elə bu tip filmlərdən idi. Bu film böyük bir nəslin lənətlənməsindən bəhs edirdi; müəmmalı səbəblərdən dolayı həmin bu nəslin oğlan nümayəndələri 18 yaşlarına çatan kimi öz atalarını diri-diri yeyib öldürürdülər. Filmin sonunda bir oğlan 18 yaşına bir gün qalmış intihar edib nəsili bu lənətdən qurtarır, lakin sonuncu nümayəndə olduğundan nəslin kökü kəsilir və heç kim bu lənətin sirrini aşkarlaya bilmir. Belə bir şeyin bənzəri Esterin həyatında, atası və babası ilə yay düşərgəsində olarkən də baş vermişdi. Elə orada meşənin içində Esterin atası, öz doğma atasını onun gözləri qarşısında dişləyib öldürmüşdü. O, düşüncəsində dərin yara açan bu dəhşətli hadisənin şəxsən şahidi olmuşdu. Ester bunun təsadüfən baş vermədiyinin və ailəsinin də həmin lənətə düçar olduğunun qənaətinə gəlmişdi.

2 Ekim 2011 Pazar

Karikaturalar

 Ağır çəkili olmağın üstünlüyü

"Backspace" ədəbiyyatı

 Hə,doğrudur,zaman dəyişib.Artıq Kafkanın,Dostoyevskinin,Tolstoyun zamanı keçib: yazar deyəndə ağlımıza Seymur Baycan, Əli Əkbər,Rafiq Tağı gəlir. Bu elə məntiqə uyğundur ki. Axı niyə hər kəsin hər şeyi silib müstəqil yaşamaq istədiyi vaxtda Feodor Mixayloviç cinayətin cəzasından,Tolstoy insanın nə ilə yaşadığından ,Kafka isə çevrilmədən danışsın?Əgər hər şey-hətta Allah-Təalanın şah əsəri olan insanlar da cılızlaşırsa,cəmiyyətin güzgüsü saydığımız ədəbiyyat niyə böyüməlidir? Deyirəm, bu yazarlarımızı tənqid edənlərin ağlı yoxdur ee...

Nostalgiya

Bu gün zamanın təkanıyla irəli getməkdən bezib ona  üsyan elədim.Qələmimi götürüb arxada qoyduğum rəngli keçmişimi ziyarət eləməyə qərar verdim.Həyat dənizimin dalğalarına əks getmək çətin və incidici idi.Qələbə qazandığım dənizlərə qayıdıb oralara lövbər atmaq istəmişdim bu gecə.Amma atdığım hər lövbər batırdığım gəmilərdən birinin dağıntılarına ilişirdi.Mən artıq başa düşmüşdüm ki, zaman keçsədə,bəzi yaralar sağalmaya bilir.

Qəribə adamın hekayəti

Bəzən çox yoruluram.İnsanlar,qanunlar,təsəllilər,həqiqətlər...Həyat çox yorucudur deyə ondan qaçmağa başlayıram.O,məni küçələrdə,dərs otaqlarında,evdə,işdə axtaranda mən sətirlərdə gizlənirəm və onu getməyini gözləyirəm.O da özünə dərd etmədən gedir.
Hə,həyat gedir.Sabun operaları kimi təkrarlanan ssenari əsasında mənim həyatım davam edir.Lap “Santa Barbara” kimi...Amma mən hər dəfə Santa Barbaram başlayanda kanalı dəyişə bilmirəm.Elə bil mənim serialım kiməsə maraqlıdır.İnkir və Minkir hərəsi bir çiynimdə oturub günəbaxan tumu çırtlaya-çırtlaya mənim serialımın hər seriyasına diqqətlə baxırlar.Bəzən ağlayırlar,bəzən sevinirlər.Çoxunuz üçün qəribə gələcək, amma mən onların səslərini eşidə bilirəm.

Sevginin infilyasiyası

Bir gün  qəlbimdə gəzdirdiyim sevgiylə boş-boş ömür sürməkdən bezib özümə sual verdim ki," Şahlar,sən qəlbindəki sevgiylə bu həyatdan nə istəyirsən?"
Biraz düşünəndən sonra kəşf etdim ki,sən demə mən həyatı tanımaq istəyirəmmiş.Qərara gəldim ki,həyatı yaxından tanımaqçün onu qıraqdan seyr edim.Bu qərara gələn kimi bədənimi "zombilərə" bənzədib onlardan biri olum.Mən də onlar kimi dərslərimi oxudum,mühazirələrimi yazdım,seminarlara,kollokvumlara hazırlaşdım, kostyum geyindim, qalstuk taxdım,iclaslara,toplantılara gedib çoxluca məruzələr dinlədim və nəticədə həyatı tanıdım.
Sən demə həyat sadəcə olaraq bir mağazaymış. Bu mağazada xoşbəxtlik,uğur və ümid satılırmış.

Əzizim...


Tanış olduğumuz gün yadına gəlir? Gecəydi, dostumla pilləkənləri qalxırdım.Həmin gün nəyəsə yamanca sevinmişdim. Hə,yadıma düşdü,deyəsən mənim 13-cü ad günüm idi.
Sonuncu pilləkənin qarşısında oturmuşdun. Ağ əlbisən, qəhvəyi saçların və yalnızlığın var idi. Nədənsə onlar mənə hər şeyi unutdurdular. Təkcə oturmağına dözə bilməyidim, ona görə səni yerdən qaldırıb dostumdan xəlvətcə cibimə qoydum.

1 Ekim 2011 Cumartesi

Xoşbəxtliyə necə yaxınlaşaq


    Ehh, sən hələ çox şey öyrənməlisən O, hər zaman qucağına gəlməyi istəyəcək qədər ərköyün, heç zaman qucağına gəlməyəcək qədər nazlıdır. Xoşbəxtlik tələbkardır. O, səni sevmək üçün hər şey istəyir. Diqqət, arzu və sevgi. Nə gülürsən, elə bilirsən təkcə insanlar sevə bilir? Hə? Ehh, sən hələ çox şey öyrənməlisən. Bu yazını oxuyursansa, deməli, həyatında heç olmasa 1 kitab oxumusan. O kitabı da çox guman ki, kitab mağazasından almısan. Əgər bu 2 ehtimalımda yanılmıramsa, deməli sən heç olmasa 1 dəfə “uğuru necə əldə etməli?”, ”Necə edim ki, daha çox qazanım?” və buna bənzər kitablarla rastlaşmısan və sözsüz ki, bu kitab səni cəlb edib. Bəs əgər uğurun səni sevib yanına gələcəyini düşünmürsənsə, bu kitablar diqqətini niyə yayındırıb? Görürsən, mən haqlıyam?! İndi isə keçək mövzumuza.

Mənim mübarizəm


1990-cı il Avqustunun son həftəsiydi.Hələ yenicə doğulmuşdum.Əhlikef tibb bacılarından biri bizim yatdığımız otağın ( və ya palatanın) pəncərəsini açıq qoymuşdu ki, özünə bir az sərin olsun.Nəticədə mənimlə birgə 14-15 uşaq sətəlcəmə yoluxmuş çox ölmüşdülər.Biz sağ qalanlar isə həyatımızın ilk mübarizəsini Əzrayıla qarşı aparmağa məcbur olmuşduq.

Mən qalib gəldim.Bir il boyu cürbəcür xəstəxanalarda gedən ölüm-dirim savaşında balaca Şahlar nəhayət ki, qalib gəlmişdi.Bu mənim həyatımda qazandığın ilk qələbə kimi tariximə düşmüşdü.Amma mən o vaxt bunu anlamırdım deyə, indiki kimi sevinmirdim.
Bacım Günel dünyaya təzə göz açmışdı.Birinci qalibiyyətimdən təminən 3 ay,3 ay yarım ötmüşdü.Evdə bütün diqqət ona tərəf yönəlmişdi.Bütün qohumlar ancaq onunla maraqlanırdılar, təzə-təzə oyuncaqları,paltarları ancaq ona alırdılar.Bunu başa düşəndə(?) mən həyatımda ikinci mübarizəyə başladım.Günelin yeməyini əlindən alırdım, tez-tez başına vururdum, ona “bacı” demək əvəzinə “ acı “ deyirdim.Məhz buna görə mən anamın diqqətini özümə cəlb edə bildim.İkinci qələbə!

Aynur Mustafazadə və Şahlar Ruhi - Məktublaşma


Mən səni deyil, sənin özünü sevirəm! 
Əvvəllər dənizi seyr etməyi, gece ulduzların altında oturub göyə baxmağı çox sevərdim… Ancaq indi yalnız sənin gözlərini seyr etmək istəyirəm, çünkü bütün sevdiyim, görmək istədiklərimi sənin gözlərində görə bilirəm. Əvvəllər yalnız özümü düşünürdüm, indi isə yalnız səni düşünürəm. Əvvəllər həyatdakı arzularım başqaydı, səni tanıdıqdan sonra isə yalnız bir arzum oldu, o da ki Sən, Sənli bir həyat…. Mənə nə olub görəsən? Deyəsən axı sevirəm səni… Niyə səni sevdim, bunu soruşma məndən. Sevdim istəmədən, bilmədən, anlamadan. Məncə fərq etmir, uzaqdasan yoxsa yaxında. Sən mənim qəlbimdəsən. Ora sənin öz evindir. Yox bizim evimizdir, görürsən özümü belə unuduram səni düşününcə….

Ağ atlı şahzadələr

            100 il düşünsəm,ağlıma gəlməzdi ki, bir gün onu kiməsə qısqana bilərəm.Düzdür,çox gözəldir,ən azı gözəl olduğu qədər də cazibədardır,amma mən...Mən düşünürdüm ki,ağ atlı şahzadələr ancaq nağıllarda olur.Heç nə başa düşmədiniz?Gərək əvvəldən başlayaydım.
Onu tanıyanda Məltəmdən təzə ayrılmışdım.Təzə deyəndəki artıq 5-6 ay idi,amma ürəyimdəki «yara» hələ sağalmamışdı.Qışın hələ püxtəşməmiş,yeniyetmə axşamı  idi,mən dərsdən çıxıb dayanacağa tərəf gedirdim.Qaranlıq tunelə bənzəyən ensiz cığıra təzə girmişdim ki,onun səsi gəldi.Qorxmuşdu,ağlamsınan səslə 4-5 oğlanın arasında durub,”eləməyin,nə olar” deyə çığırmağa çalışırdı amma onun yanında dayananlar ağzını tutmağa çalışırdılar.Əvvəlcə qarışmaq istəmədim,amma sonra kimsə mənə “ nə durmusan get,qıza kömək elə!”dedi və mən içimdəki komandirin əmrini o andaca yerinə yetirib onlara yaxınlaşdım. qızın qolundan yapışıb onu özümə tərəf çəkdim.Düzdür,cüssəsizəm,amma inanın ki, onu 2 nəfər 25-30 yaş arası oğlanın əlindən ala bildim.Onlar və yanlarındakı  o biri oğlanlar dönüb təəccüb içində məni süzdülər.Bizə yaxınlaşan polis maşınının işığı düşəndə mən onların üzlərini gördüm.,Anatomik quruluşlarını görməyib üzlərini görsəydim elə bilərdim ki,qarşımda canavarlar dayanıb.Üzlərindəki mimikanı ancaq üç sözlə ifadə edə bilərəm: vəhşi,qorxuducu gülüş.Bu ifadəni mən “disсovery” kanalındakı verlişlərdən birində canavarlarda görmüşdüm.

Karnaval

Bu monoloqu necə başlayacağımı bilmirdim.Hisslərim məni,mənsə hisslərimi boğmağa çalışırdım.Nifrət, kin,sevgi, ağrı, kədər,bir damla sevinc və ondan doğan ümid,intiqam arzusu,yorğunluq, qəzəb...Sanki ruhumun üstündə Şeytanlar və mələklə bir-biriylə vuruşurdular.Mən susduqca qələmim vərəqləri,vərəqlər isə dəftərləri yaralayırdı.Mən susduqca pianonun dilləri  üstümə qışqırırdılar.Mən susduqca otağımın lampası qaranlığımın üstünə çapıqlar atırdı,mən susduqca xatirələrim, hisslərim,arzularım və kədərim danışırdı...

Özünüzə yaxşı baxın!

Özünüzə yaxşı baxın! Heç olmasa,gündə bir dəfə güzgünün qarşısına keçin və ÖZÜNÜZƏ yaxşı-yaxşı baxın.O,tənhalıqda boğulur,işlənməməkdən günbəgün paslanır.O,” Nə yeməli?”
“Nə geyinməli?”,”Hara getməli?”,”Nəyi seçməli ?”suallarının təsiri ilə quruyur.
Gözünüzün içinə baxın.güzgünüzə parıldayan o göz yaşını görürsünüz?Ya üzünüzdə gizlənib böyüyəcəyi günü gözləyən qırışları?Vaxt gedir,hə? Hə,biz də gedirik...Hara? Özümüzü xatirələr ocağına atmağa...Özümüz ağlayır,bizsə özsüz qalan kollar kimi sevinirik.Nəyə? Külək kimi azad olub,küləyin köləsi olmağa.Axmaq cümlədir,hə? Amma həqiqətdir.Bizə  harada dayanmağı özümüz əmr etmirik,irəli getməyimizi isə külək istəyir. Biz bizə həyat verən torpağa tutunub onun altındakı suyu içə bilməyəcəyik,günəşin üzünə gülüb ona çiçək

Kapitalizm nəyə və kimə lazımdı?


Kapitalizm hələ 16-17-ci əsrlərdən yaranmış ictimai-sosial quruluşdur.onun əsasında bazar təsərrüfatının inkişafı,sənaye sahəsinin üstünlüyü,iqtisadi ictimai ədalət və stimul durur.Dünyaya nəzərə salsaq,görərik ki, dünya ölkələrinin 90%-i, o cümlədən,Azərbaycan öz iqtisadi-sosial siyasətini bu quruluşun təməl qaunauyğunluqlarını nəzərə alaraq qurur.Belə bir sual yaranır ki, kapitalizm özündən əvvəlki ictimai-iqtisadi quruluşlardan nə ilə fərqlənir?

Son döngə

Yorğun külək ağaclara tutuna-tutuna  şəhərin sonuna doğru gedirdi. O qorxurdu. Hər toxunduğu ağac sanki piano diliydi- bircə toxunuşla inildəyirdi.O, qaçdıqca binalara toxunur, onun toxunuşuyla binaların işıqları da yanıb sönürdü. Artıq yolun xeylisini keçmişdi.Geriyə son bir döngə qalmışdı.O da bizim kimi döngələrə tabe olmalıydı.
Növbəti döngəni Sükut və Saat Əqrəbləri mənimlə dönəcəkdilər.bu döngədən sonra biz qaranlığa qoşulub günəş kimi parıltıyla gözdən itəcəkdik.Bu döngədən sonra biz  yenidən başlamaq üçün  hər şeyi bitirəcəkdik.

Uzaqdasan

Uzaqdasan. Səni təsvir edib sətirlərimə köçürə bilməyim üçün çox uzaqsan.Bircə qəlbimin dərinliyində qaraltın görünür.Bir də ümid divarlarıma döyəclədiyin xatirə külüngünün səsini eşidirəm.Həmişəki kimi ümidimi qırırsan.Amma yenə mane ola bilmirəm.Çünki həmişəki kimi çox uzaqdasan.

BƏŞƏRi Problem

Bu günlərdə bütün dünya Suriyanın orbitində fırlanır. Siyasətlə maraqlanan,maraqlanmayan hər kəs Suriyadakı üsyançılarla Bəşər Əsəd arasında gedən qarşıdurmaları ürək ağrısıyla izləyir. Belə ki, Bəşər Əsədin gözünü sözün məcazi mənasında qan tutub.Bu ilin Yanvar ayından başlayaraq Suriya üsyanında mindən artıq üsyançının öldürüldüyü bildirilir.Əsəd koalisiyası Homs, Lazkiye,Basnias kimi şəhərləri ordu yeritməklə  öz millətinə  qarşı misli görünməmiş qəddarlıqlar edir.Mənə maraqlıdır, Bəşər Əsədin hakimiyyətdən belə   bərk tutunması niyə və nə vasitəsilə mümkün olub?
Əslində Bəşər Əsədin hakimiyyət nəfsi bu ayzberqin yalnız görünən hissəsidir.Əgər təhlil aparsaq,görərik ki, Bəşir Əsədi hakimiyyətdə saxlayan qüvvə İrandır və İran ondan yetərli qədər istifadə etmədən bu rejimə var gücü ilə yardımçı olacaq və təbii ki, Rusiya və Çin də bu yolda rəsmi Tehrana köməyini əsirgəməyəcək.
Bütün bunlar bir yana, məni  ABŞ,Türkiyə və Avropanın aparıcı  qüvvələrinin bu məsələlərə reaksiyasının əsas səbəbidir.Bununla bağlı iki,hətta üç versiya irəli sürmək olar:

Bahar niyə gəldi

 Və ya, bu gələn bahardırmı?
35-40 ildən sonra Ərəblərə bahar gəldi.Baharın gəlişinə sevinən camaat monarxiya şaxtasını devirməyə başladı. Əvvəlcə Tunis, sonra Misir, daha sonra Liviya və Yəmən, ən sonda isə Suriyada dövlət çevrilişi baş verdi.Qərb dövlətlərinin diliylə desək, xalq demokratiya uğrunda döyüşməyə başladı.Əvvəlcə Tunis,sonra Misir, ən sonda isə Liviya diktatorları devrilib tarixə qovuşdular.Bəs sizi maraqlandırmır, bahar niyə gəldi?

Xanəmir Telmanoğlu-tufanlar qoparacaq bir imza: Şahlar Ruhi (yaxud bir cüt cansızın canı)


ey dili qafil fil faili məchul fani f...

bu da bir imza: şahlar ruhi. onunla bir yay axşami taniş olmuşuq. dostlar taniş elədilər. ilk qarşilaşmamizda mənə qısa bir yazi oxudu. oturduğum yerdən dikəlib sadəcə bir ifadə işlətdim: ”sən yazmaq məcburiyyətindəsən.” onun şeytan gözləri oyur-oyur oynayirdi. neçənci kərəmdi kökü, qaynaği yaziya dayanan bir işiğin mənimlə gizlinqaç oynadiğinin fərqindəydim. deyəsən nə qədər gizlənsə də mən onu tapmişdim. əgər ona o yay axşami oturduğum yerdən dikəlib söyləməsəydim, “sən yazmaq məcburiyyətindəsən”, varlığımı sarmalayacaq bir ağrı heç vaxt yaxamdan əl çəkməyəcəkdi. sağ olsun, məndən xeyli balaca olsa da, üzündəki şeytan işiği, yazi işiğini oynadib özünün ta əvvəldən sahib olduğu sakitliyə çəkdi.
sifətindəki pozulmuş simmetriya da mənə çox şey deyirdi. pozulmuş simmetriya. harda. üzdə. baxişlarda. danişiğinda da get - gedə fərq elədiyim simmetriya pozuntusu görünməyə başlayirdi. nəhayət bu ədəbiyyat qalabaliği içində mənim fərq edərək əl uzatdiğim bir gəncin pozuq simmetirya ilə ortaya qoyduğu bir nəsr nümunəsinin ot kimi, yaşilliq kimi, ağac kimi bitimini görməyə başlayiram.

Nömrənin intiharı

Onlar artıq bir-birlərinə bağlanmışdılar.7 ay ərzində gündə 100 dəfə sahiblərindən onun sevgilisinə məktub daşıyan bu on qardaş həmən nazəninin qulluqçuları on bacıya artıq aşiq olmuşdular. Hər səhər sahiblərinin gözlərinin açılmasıyla işə başlayan bu qulluqçular hər iki aşiqin yuxuya gedəcəyi dəqiqəyə kimi işləyir,qarşılığında isə ancaq daha çox xidmət etmələri üçün imkan əldə edirdilər.Aradabir sahiblərinin səslərini,ürəklərini də qovuşdurur və bununla da özlərini dünyanın ən xoşbəxt və ən vacib sakinləri kimi hiss edirdilər.Onlar öz sahiblərini xoşbəxt edə bildikləri üçün özləriylə fəxr edirdilər.Amma bir gün...

Numeromaniya

Bu dəfə  gözləməyə ehtiyac qalmadı,çünki elə birinci dərs bizə yenicə tədris olunmağa başlanacaq Statistika dərsi idi.Bu dəfə bu dərsin adı mənə sadəcə həyəcan yox,həm də yeni bir məqaləmçün ilham və mövzu verdi. Beləcə mən statistikanın subyekti olan rəqəmlər haqqında məqalə yazmağa qərar verdim.
Fransız yazarı A.De Sent Ekzyüperi rəqəmlərin həyatımızdakı rolunu özünün şah əsəri olan "Balaca şahzadə" əsərində belə ifadə etmişdi ki, "böyüklər ancaq rəqəmlərə inanırlar".Ordan yola çıxaraq deyə bilərik ki, rəqəmlərə hərislik insanlarda təzə yaranmayıb. Sadəcə bu hərislik fizikanın diliylə desək zamanla düz mütənasiblik təşkil edir. Yəni zaman keçdikcə insanların rəqəmlərə hərisliyi və bundan doğulan asılılığı artdıqca artır.Sarmaşıq kimi insanlığın vicdanına sarmaşıb onu rahat fəaliyyət göstərməyə qoymayan bu qeyri-rəsmi psixiki xəstəliyi  numeromaniya adlandırmaq qərarına gəldim.Hətta ona tərif də verməyə çalışdım.Numeromaniya insanı nəfsiylə gözəl hisslərini basdıran xəstəlikdir.

İn San

San bəzən qaranlıq bəzən isə qırmızı-sarı işıq saçan otağından,alovlar arasındakı taxtından artıq bezmişdi.O artıq böyümüşdü.Dəccalın igidliyi,İblisin hiyləgərliyi,Morananın hikkəsi haqqında nağıllar artıq ona maraqlı gəlmirdi.Sarayın kənarındakı qan gölündə üzmək darıxdırıcıydı,daha çox mələk öldürməyin sirrlərini artıq əzbərləmişdi.Həm də özünü tənha hiss edirdi,çünki dostları Hörmüz və Satana döyüşə getmişdilər,şəhərdə isə onun heç bir tay-tuşu qalmamışdı.Bu,Sanı yeni macəra axtarışına sövq edirdi.San əvvəlcə bunu etmək istəmədi,lakin sonra fikirləşdi ki, ir halda ki, o dostlarına və ailəsinə kömək edə bilər,onun burada qalması mənasızdır.
O, nizəsini əlinə götürdü və döyüş meydanına-dünyaya yola düşdü.Onun qələbə istəyi o qədər böyük idi ki, gözünə heç nə görünmürdü. Yol boyu ağac köklərini qıra-qıra gedirdi. Və nəhayət gözünə düşən günəş işığını hiss edən kimi o,anladı ki, artıq döyüş meydanına çatıb.Üzünü çevirən kimi üstünə gələn iki qanadlı varlığı görən kimi San anladı ki, döyüşün tam mərkəzindədir.Uzun zaman boyu öyrəndiyi bilgilər onun köməyinə gəldi və beləliklə, o mələklərin ikisini də yaraladı.Yaralı mələklərdən biri xırıltılı səslə ona dedi:
-Siz səhv yoldasınız!

Vicdansızlar Şəhəri



Arzularınızdan qorxun, çünki onlar nə vaxtsa reallaşa bilərlər. (Kant)

Sərxan artıq iki həftə idi ki, gecələr yata bilmirdi.

Qaranlıq düşən kimi küləklər evinin pəncərələrini döyəcləyir və bununla da sanki yeni melodiya bəstələyirdi.

Qoca çinar ağacının çürüməkdə olan budaqları isə sanki bu melodiyadan cuşa gəlib rəqs edirdilər.

Bu səs-küylü şənlik Sərxanı yatmağa qoymurdu.

Sərxan artıq hər şeydən bezmiş, payızdan nifrət etməyə başlamışdı.

O, stolüstü lampasını söndürüb yatağına uzanaraq ayın ləkəli üzünə baxmaq istəsə də, ay işvəli qızlar kimi üzünü bulud adlanan örpəyiylə gizlədib oğrun-oğrun ona baxırdı.

Bu səhnə Sərxanı daha da hövsələdən çıxarırdı.

Qara kağız


Onun gözlərindən qanlı döyüşdən qələbə ilə qayıdan əsgərin yorğun sevinci oxunurdu.

Döyüşdə həlak olanların xatirəsi onun duyğularına bir az kədər qatsada,onların uğrunda öldükləri məqsədə çatdıqlarını bilmək bu kədəri unutdururdu.

Əslində insan kimliyindən ,harada və hansı şəraitdə yaşamağından asılı olmayaraq, daima döyüşməyə məcburdur.

Bəzən özüylə, bəzən başqasıyla, bəzən isə zaman və həyat kimi mücərrəd varlıqlarla vuruşmaqla o, özü üçün ən dəyərli mükafat olan xoşbəxtliyi qazanmağa can atır.

Bu rakursdan baxanda əmin olmaq olar ki, insan-yaşamaq üçün döyüşməyə məhkum olan qladiatordur.

Bizim qladiatorun gözlərindəki sevincin səbəbi onun 1 il davam edən savaşda ayrılıq ruzigarları və bu ruzigarlarla uçuşan təqvim vərəqləri üzərindəki qələbəsi idi.

Göydələn


Bir gecə yuxudan  ürəyimdəki səs-küyə oyandım.Belə səs küyü mən axırıncı dəfə evimizin yanındakı yeni tikilmiş göydələnin tikintisində eşitmişdim.Elə bil kimsə qəlbimdə kök salmış yalnızlığı və qaranlığıı yerindən çıxardıb yerinə bünövrə qazırdı.Özümü lap Bakı kimi hiss edirdim.
Ümid və  Sevgi övladlarını qəlbimdə məskunlaşdırmaq üçün göydələn tikirdilər.Dəqiqələr,saatlar,gülüşlər,arzular,xəyallar,isterik skandallar,küsüşmələr,barışmalar,ittihamlar, etiraflar sanki kərpiclərtək düzülərək inamla bir –brinə yapışırdılar.Düzdür,onlar belə səliqəsiz görünürdülər,amma ümid onları inamla suvayandan sonra heç nə qalmayacaqdı.Göydələn mərtəbə-mərtəbə,otaq-otaq tikilərkən,qəflətən zəlzələ baş verdi.Sonra...

Kritooptimistika


-Sən məni sevirsən?
-Yox...
-Niyə?
-Çünki mən  sevgi hissimi Şeytana satmışam.
            Tezliklə sevdiyiniz insandan bu cavabı alsanız,təəccüblənməyin.Çünki zəmanə psixobirjasının yaratdığı mənəvi böhran şəraitində sevgi dəyərdən düşüb və hər kəs onu satmağa çalışır.
Ümumiyyətlə,zəmanə psixobirjası çox qəribə xüsusiyyətlərə malikdir.Düzdür,onu insanlar yaradıb,amma adıçəkilən psixobirja o qədər qəlibləşmiş qanunlara sahibdir ki, insanda “təbiət qanunlarında istisna olar,onda olmaz” təəssuratı yaradır.Məsələn,”zaman keçdikcə duyğular dəyərdən düşər.”qanunu.Gəlin onu təhlil eləməyə cəhd göstərək.

***


O mənə baxırdı. Gülən gözlərindən qorxub ağlayan uşaq səsi gəlirdi.Uşaq ağladıqca o gülürdü, Güldükcə uşaq böyüyür,gözlərindəki okeanlar kiçilirdi.O susduqca göz bəbəyindəki uşaq yenə qəm okeanındakı kiçik adasına qayıdırdı...
O susurdu.O susduqca uşaq qorxurdu.Qorxurdu ki, bir gün o okean onu udar.
O mənə baxırdı. O baxdıqca mən kiçilirdim. bəlkə də nə mən kiçilirdim nə də o böyüyürdü..sadəcə  onunn üzərində oturduğu sevginin cəsədi o qədər böyük idi ki orda nəinki mə,hətta bütün dünya nöqtə qədər kiçilirdi...Dünya kiçildikcə,uşağın adası da kiçilirdi.O uşağı çoxdan  tanıyırdım,amma adını dəqiq bilmirdim:Bəziləri,ümid deyirdilər,bəziləri arzu,digərləri həyat sevgisi.O uşağın adını bilməsəmdə,Bildiyim tək şey var idi.O kədərdə boğulmağa layiq deyildi...

Çəhrayı Paltonun sehri


     Məncə, sevmək – “mən”i unudub özünü tapmaq, sevgini vərəqlərə köçürmək isə sevməklə yadda qalmaqdır. Ən azından kimsə oxuyub sənin özünü tanıyır. Yox əşşi, sizə nə fəlsəfə xırdalamaq fikrindəyəm, nə də bunu edəcək səviyyədəyəm. Mən də adi insanam. Odur ki, mən də yadda qalmaq istəyirəm. İstəyirəm mənim dünyamdan sizin də xəbəriniz olsun. Mənim dünyama günəş qışda, həm də yeraltında - metrostansiyanın peronunda gəldi. Yox, o, sizin təsəvvür etdiyiniz günəş deyildi, amma səni işıqlandırandan sonra onun kürə və ya insan olduğunun nə fərqi var ki?! Bəlkə də mənim günəşim onun özü yox, üzümə baxıb gülən gözləriydi. Düzdür, onlar sarı deyildi, amma gözlərimi qamaşdıran ilk şüa onun gözlərinin işıltısı idi. Mənim gözlərim ilk dəfə o qış, həm də metrostansiyanın peronunda qamaşmışdı.

A-ZAD-LIQ


    (müxalifətçinin sevgi məktubu) Mən döyüşməyi sənə qovuşmaq üçün zamanla, özümlə, zaman-zaman dövlətlə, qayda-qanunlarla, bəzən nəfsimlə, göz yaşlarımla döyüşməklə öyrənmişəm. Mən dözməyi səninlə əl-ələ tutub polislərə müqavimət göstərməklə bacarmışam. Mən ümidi sənin gözlərindəki işartıdan öyrənmişəm. Mən səni sevərək ən böyük təzadı yaşamışam - “Azadlıq! Azadlıq” deyə-deyə azadlığımı ayağının altına sərmişəm. Rejimlə mübarizə apara-apara bütün varlığımı ən qəddar diktatora həsr eləmişəm. Mən Allaha qul olmamışam, dövlətə qul olmamışam, amma sənin qulun olmaqçün dəridən-qabıqdan çıxmışam. Hirslənmisən, üzünü çevirib getmisən. Qəlbimdəki ümidlərin soyqırımından heç xəbərin olmayıb, hər göz yaşının damlasında dünya adlı neçə siyasi məhbus yatır - xəbərin yoxdur. İnhisarçılarla döyüşmüşəm, söyülmüşəm, döyülmüşəm,amma sənsiz-varlığımın mütləq inhisarçısı olmadan alçaldığımı, alçaldıldığımı hələ xatırlamıram. Gözəlim, mən səni təmənnasız sevmişəm.

N+Ə


    O, sahildə oturub əlindəki şüşəylə qumun üstündə ürək şəkli çəkir, içində “N+Ə” yazırdı. İşini bitirəndən sonra sevinir, uşaq kimi atlanıb-düşürdü. Bu, hardasa 30 saniyə çəkirdi. Bundan sonra susub təxminən 10 saniyə fikrə gedir. Sonra isə əlindəki şüşəni bərk-bər sıxıb ağlayırdı. Bax, bu vəziyyətdə mən müdaxilə eləyirdim. Birtəhər barmaqlarını aralayıb ovcunun içindəki şüşəni atıb, onu qucaqlayırdım. O qanlı əllərini belimə düyünləyib hardasa 1 dəqiqə ağlayırdı, sonra üzümə baxıb oyuncaq görmüş uşaqlar kimi ümidlə gülürdü. Əlimi tutub “Bəs deyirdin ki, Allah yoxdu? Gördün, o bizi gördü!? O gördü ki, mənə sənsiz çətindir, ona görə səni yanıma gətirdi!” Bu sözlərdən sonra əlimi, üzümü, boynumu öpüşlərə qərq edirdi. Bundan sonra əlinin qanını şalvarına sürtür, ayağa qalxıb əlimdən tutur, məni evinə aparırdı.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review