1 Ekim 2011 Cumartesi

Uzaqdasan

Uzaqdasan. Səni təsvir edib sətirlərimə köçürə bilməyim üçün çox uzaqsan.Bircə qəlbimin dərinliyində qaraltın görünür.Bir də ümid divarlarıma döyəclədiyin xatirə külüngünün səsini eşidirəm.Həmişəki kimi ümidimi qırırsan.Amma yenə mane ola bilmirəm.Çünki həmişəki kimi çox uzaqdasan.

Sən məni yenidən sevmək üçün çox uzaqdasan,mən sənə çatmaq üçün çox yorğun və yaralı.Ümidsizlik yarğanının önündə dayanıb gözləyirəm.İçimə axacaq növbəti göz yaşı selinin o yarğanı intihar dərəsinə yuvarlamasını gözlədim.İstədim göz yaşım o dərəyə dolsun,dolsun möhtəşəm  daşqın olub dünyamı dağıtsın.Səni,israrla dağıtmağa çalışdığın o ümid divarlarını,məni,yuyub sətirlərə daşısın.Sətirlər bizlə dolsun,ümid divarının kərpicləri göz yaşı selinin sularında bərq vursun.Qıraqdan baxanlar elə bilsinlər ki, bu, sevinc göz yaşlarıdır.
İstədim böyük bir gəmi düzəldim.Hə,Nuhun gəmisi kimi.Dünyamda olan canlıların hərəsindən bir parça götürüb gəmimə qoyum.Bir az sevinc bir az kədər,bir az yalnızlıq,bir az ümid,bir az sevgi,bir az sən...Amma bacarmadım.Sən gəldin,sevinci,ümidi,sevgini gəmimdən aşağı yuvarladın.Qaldı bir az kədər,bir  az yalnızlıq,bir az da sən.Elə yerləşdiniz ki, öz gəmimdə mənə yer qalmadı.Sel gəldi.Mən göz yaşlarımda boğularkən siz hara gedəcəyinizi bilmədən,sərsəricəsinə sətirlərdə üzməkdə idiniz.
Parafraz:Sən gecəmin qaranlığında,keçmişimin dağının arxasındakı işıqsan,mən sənə doğru gələn səyyah...Bilmirəm,mənə nur saçan günəşsən,ya atəşində yandıracaq meşə yanğını,amma istəsəmdə,istəməsəmdə sənə gəlirəm...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review