O mənə baxırdı. Gülən gözlərindən qorxub ağlayan uşaq səsi gəlirdi.Uşaq ağladıqca o gülürdü, Güldükcə uşaq böyüyür,gözlərindəki okeanlar kiçilirdi.O susduqca göz bəbəyindəki uşaq yenə qəm okeanındakı kiçik adasına qayıdırdı...
O susurdu.O susduqca uşaq qorxurdu.Qorxurdu ki, bir gün o okean onu udar.
O mənə baxırdı. O baxdıqca mən kiçilirdim. bəlkə də nə mən kiçilirdim nə də o böyüyürdü..sadəcə onunn üzərində oturduğu sevginin cəsədi o qədər böyük idi ki orda nəinki mə,hətta bütün dünya nöqtə qədər kiçilirdi...Dünya kiçildikcə,uşağın adası da kiçilirdi.O uşağı çoxdan tanıyırdım,amma adını dəqiq bilmirdim:Bəziləri,ümid deyirdilər,bəziləri arzu,digərləri həyat sevgisi.O uşağın adını bilməsəmdə,Bildiyim tək şey var idi.O kədərdə boğulmağa layiq deyildi...
Mən də ona baxırdım...
Gözlərimdə daşıdığım Qavroş onun gözlərindəki əkiz qardaşları xilas eləmək istəyirdi.
O balaca,təcrübəsiz,vecsiz qardaşlara baxıb gülürdü çünki o qardaşlar dağa dönmüş sevgi cəsədini balaca nifərət kürəyiylə qazıb dağıtmağa çalışırdılar.Hər dəfə də kürəkləri qırılırdı.
Biz bir birimizə baxırdıq,amma zaman gözlərimizdəki bu tamaşaya baxmırdı. Saatın əqrəbləri addımlarını bir an belə ləngitmədən harasa gedirdilər.Artıq biz vidalaşmalıydıq.Amma mən yazmaq istəyirdim.
Hə,mən danışmaq yox,yazmaq istəyirdim.Lap o qədim dövrlərdəki kimi bir parça ağ kağıza bütün duyğularımı yükləyib onu göyərçinə tapşırmaq istəyirdim,həm də göyərçinə ünvanı göstərmədən.Çünki göyərçinin məktubun ünvanını tapıb-tapmayacağı mənimçün vacib deyildi.Mən bircə onu bilirdim ki,yazmaq istəyirəm.Bəlkə də özümdən asılı olmayaraq içimi sətirlərə boşaltmaq ,sonra orda azmaq istəyirdim.Bəlkə də mən istəyirdim ki, öz içimdə azam və səhvən də olsa onun dünyasına gedən yolu tapam.Gözümü yumam və qaranlığımı qaranlığa qataraq onun qaranlığına işıq saçam.İçimdə onu tapam və əksini böyüdüb mələk adıyla çiynimə qonduram.Bəlkə də mən istəyirdim ki, onun göz yaşını keçmişində donduram.
Bəlkə də istəyirdim ki, qaranlığında mən də olum.Bəzən onu qorxudan kölgə,bəzən sakitləşdirən nəfəs,bəzən də alovunu söndürdüyü şam kimi olsam da...Bəlkə də istəyirdim azıb düşdüyüm bu yolu axıracan gedib ona çatam.Öz dünyamdan,vətənimdən,evimdən uzaqlaşsam da.
Bəlkə də istəyirdim ki,onun qaranlığında azım.Tanımadığım cığırlarla gedim, aylarca onun qanını,yuxusunu, yaşama sevincini soran “kədər” adıyla məşhur olan soyğunçularla rastlaşım.Onlar məni ölümlə,mən onları sürgünlə hədələyim.Qorxmasınlar,vuruşsunlar,hətta məni yaralasınlar da.Sonra ümidini,sədaqətini görüb qaçsınlar.Ümidi məni qorusun, sədaqəti yaralarımı sarısın.Mən sağalam, o da bu soyğunçuların əsalətindən qurtulsun və gərçək,təmiz, xoşbəxt həyatın havasını ciyətlərinə çəksin.Bəlkə də mən istəryirdim ki, mən içindəki yalnızlığı ağladım ki, o, rahat gülsün.