1 Ekim 2011 Cumartesi

Kritooptimistika


-Sən məni sevirsən?
-Yox...
-Niyə?
-Çünki mən  sevgi hissimi Şeytana satmışam.
            Tezliklə sevdiyiniz insandan bu cavabı alsanız,təəccüblənməyin.Çünki zəmanə psixobirjasının yaratdığı mənəvi böhran şəraitində sevgi dəyərdən düşüb və hər kəs onu satmağa çalışır.
Ümumiyyətlə,zəmanə psixobirjası çox qəribə xüsusiyyətlərə malikdir.Düzdür,onu insanlar yaradıb,amma adıçəkilən psixobirja o qədər qəlibləşmiş qanunlara sahibdir ki, insanda “təbiət qanunlarında istisna olar,onda olmaz” təəssuratı yaradır.Məsələn,”zaman keçdikcə duyğular dəyərdən düşər.”qanunu.Gəlin onu təhlil eləməyə cəhd göstərək.
            Düzdür,21-ci əsrdə sevgilisinin evinin qarşısında serenada oxuyan aşiqlərə nadir halda rast gəlinir,sevgisi uğrunda qan düşmənləri ilə barışmaq istəyən Romeolar,Leyli uğrunda Məcnun olan Qeyslər də azalıb.Amma bunun səbəbi zamandırmı?
            Məncə,problem insanın təfəkküründədir.Heç övladları və ya nəvələrindən razı qalan qoca və ya yaşlı insana rast gəlmisiniz?Əminəm ki, aranızda “hə” cavabını verə biləcək çox az insan var.Bax,problem məhz bundadır.Elm və texnika gün keçdikcə inkişaf etsədə,insanın psixologiyası yerində saymaqdadır.İnsan hələ də azadlıq istəyir, gələcəkdən və keçmişdən narazıdır,var-dövləti mənəviyyatından üstün bilir və baş verən hər xoşəgəlməzliyə ya bəhanə,ya təsəlli,ya da günahkar axtarır.Zamanı  nə xarakterizə edir? Saat,təqvim.Bəs onlar hərəkət etməkdən başqa nə edirlər?Təbiətdə, cəmiyyətdə,məişətdə baş verən istənilən hadisənin səbəbkarı insandır.İnsanın tamahkar,mənəviyyatsız, düşüncəsiz olmağında nə Şeytanın,nə zamanın günahı yoxdur.Bu yer H.Cavidin  bir misrasını diqqətinizə çatdırmaq istərdim:
İblis nədir? Cümlə xəyanətlərə bais.
Bəs hər şeyə xain çıxan insan nədir?İblis.
            Nədənsə biz etdiyimiz hər pis əmələ görə Şeytanı lənətləyirik,amma yaxşı əməllərimizə görə mələklərə və ya Allah- Təala şükür etmirik.Bu, bineyi-qədimdən belədir.Bəs niyə zaman yaxşı ənənələri dəyişir,pis ənənələrə toxunmur?Yeni doğrudan zaman qiyamətə  doğru gedir?
            İbtidai icma quruluşundan bu tərəfə qədər  insan nə qədər dəyişib? Biz artıq danışa,gəzə ,düz dayana,oxuya,yaza,ovla,əkinçiliklə,maldarlıqla,yığıcılıqla,sənətkarlıqla məşğul olmaya-olmaya yaşaya bilirik.(Düzdür,sadaladığım məşğuliyyətlərsiz insanlıq yaşaya bilməz,amma hər hansı bir insan onların heç biriylə məşğul olmadan yaşaya bilər.)Elm,texnika gün keçdikcə inkişaf edir,amma nədənsə insan psixologiyası tənəzzülə uğrayır.Zamanın şüursuz məfhum olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, bayaq sadaladığım inkişafların səbəbi insandır.İnsan  bu sahələri həyatını sadələşdirmək istədiyi üçün inkişaf etdirməyə çalışıb və buna nail olub.Deməli,əgər o, mənəviyyatını inkişaf etdirib həyatını gözəlləşdirmək istəsə, buna nail ola bilər.Elə isə nə durmuşuq?    
                                               SON
24.10.2010

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review