1 Ekim 2011 Cumartesi

Nömrənin intiharı

Onlar artıq bir-birlərinə bağlanmışdılar.7 ay ərzində gündə 100 dəfə sahiblərindən onun sevgilisinə məktub daşıyan bu on qardaş həmən nazəninin qulluqçuları on bacıya artıq aşiq olmuşdular. Hər səhər sahiblərinin gözlərinin açılmasıyla işə başlayan bu qulluqçular hər iki aşiqin yuxuya gedəcəyi dəqiqəyə kimi işləyir,qarşılığında isə ancaq daha çox xidmət etmələri üçün imkan əldə edirdilər.Aradabir sahiblərinin səslərini,ürəklərini də qovuşdurur və bununla da özlərini dünyanın ən xoşbəxt və ən vacib sakinləri kimi hiss edirdilər.Onlar öz sahiblərini xoşbəxt edə bildikləri üçün özləriylə fəxr edirdilər.Amma bir gün...

O gün onların 20-si də ağlayırdılar,çünki ayrılıq məqamı çatmışdı.Sahibləri onlara “ əlvida!” sözünü sevgililərinə çatdırmağı tapşırmışdılar.Sahiblərinin gözlərindəki qəmi,peşmanlığı görən telefon nömrələri özlərinə nifrət etməyə başlamışdılar.Həyat,inam,ümid onların gözündən düşmüşdü.Onlar artıq hər gün səmada sevdikləriylə görüşməyəcəkdilər.Məhz buna görə bir gün ayrılan sevgililərin telefon nömrələri intihar etdilər.
Hikmət səhər oyananda qeyri-ixtiyari olaraq birinci telefonuna baxdı amma gördü ki,artıq şəbəkə ona xidmət göstərmir.O biri telefonunda bu telefona zəng edən Hikmət operatorun səsini eşitdi:”Bağışlayın,zəng etdiyiniz nömrə işləmir.” Bunu eşitcək o dərhal mobil operatora zəng edib bunun səbəbini öyrənmək istədi.Operator ona belə cavab verdi ki, naməlum səbəblərdən dolayı nömrəniz daha fəaliyyət göstərmir...
27 Noyabr 2010-cu il. Saat: 3:16

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review