Bu günlərdə bütün dünya Suriyanın orbitində fırlanır. Siyasətlə maraqlanan,maraqlanmayan hər kəs Suriyadakı üsyançılarla Bəşər Əsəd arasında gedən qarşıdurmaları ürək ağrısıyla izləyir. Belə ki, Bəşər Əsədin gözünü sözün məcazi mənasında qan tutub.Bu ilin Yanvar ayından başlayaraq Suriya üsyanında mindən artıq üsyançının öldürüldüyü bildirilir.Əsəd koalisiyası Homs, Lazkiye,Basnias kimi şəhərləri ordu yeritməklə öz millətinə qarşı misli görünməmiş qəddarlıqlar edir.Mənə maraqlıdır, Bəşər Əsədin hakimiyyətdən belə bərk tutunması niyə və nə vasitəsilə mümkün olub?
Əslində Bəşər Əsədin hakimiyyət nəfsi bu ayzberqin yalnız görünən hissəsidir.Əgər təhlil aparsaq,görərik ki, Bəşir Əsədi hakimiyyətdə saxlayan qüvvə İrandır və İran ondan yetərli qədər istifadə etmədən bu rejimə var gücü ilə yardımçı olacaq və təbii ki, Rusiya və Çin də bu yolda rəsmi Tehrana köməyini əsirgəməyəcək.
Bütün bunlar bir yana, məni ABŞ,Türkiyə və Avropanın aparıcı qüvvələrinin bu məsələlərə reaksiyasının əsas səbəbidir.Bununla bağlı iki,hətta üç versiya irəli sürmək olar:
Kiçiklərin evində xaos yaratmaq istəyi.
Heç kəs inkar edə bilməz ki, “ərəb baharı” sindromunda qeyd etdiyim dövlətlərin birbaşa ya da dolayı əlaqəsi var.Bu,hakimiyyətdə qan dəyişməsindən əlavə dövləti gücdən düşürən amil olduğunu “böyüklər”-in başbilənləri çox gözəl anlayırlar.Ona görə də qəsdən həmin dövlətləri bu yolla gücdən salırlar ki, “kiçiklər”-in böyüməsinin qarşısını alsınlar.Fikir versəniz “ ərəb baharı” sindromuna “yoluxan” dövlətlər iqtisadi cəhətdən kifayət qədər güclənmiş dövlətlərdir.Onların gələcəkdə “böyüklərlə” bir masada oturmamağının qarşısını almaq üçün inqilab ən ideal variantdır.
Bir şeyə də diqqətinizi çəkmək istəyirəm ki,bu ölkələrdə vahid bir struktur formalaşdığına görə “böyüklər “artıq qəhrəman,qurtarıcı rolunda çıxış edə bilmirdilər.Bu isə tədricən böyüklərin bu regionda böyüklüyünü itirməsi prosesini başladırdı ki, bu da böyüklərin zərərinə idi.
“Saxta böyük yaratmaq” taktikası.
İnanıb inanmağı özünüz müəyyən edin,amma məncə Suriya hadisələri Türkiyənin məsələyə qatılaraq özünü İslam aləminin lideri kimi göstərməsinə hesablandığına görə bu qədər uzun çəkir.Sözsüz ki, Türkiyənin İslam dünyasının lideri olmağını mən də istəyərəm,amma burada əsas məsələ odur ki, Qərb dövlətləri Türkiyənin lider olmağını yox,lider kimi görünməyini istəyir.Bu, da Qərb başbilənlərinin İslam dünyasını idarə etməyi asanlaşdırmaq istəyindən irəli gəlir.Sözsüz ki, İranın bu məsələdə əks mövqe tutmasının səbəbi Rusiya və Çinin siyasətini idarə edən qüvvələrin bu planı anlamasından irəli gəlir.Sözsüz ki, İran və Türkiyədə ayrı-ayrı dini mənsəblərin hakim olmağı vəziyyəti bizim üçün çətinləşdirir.Belə ki,bu,liderlik uğrunda çəkişməni daha da qızışdırır. Belə düşünürəm ki, İranın Azərbaycan əleyhinə bəyanatlar verməsi də məhz gələcək Türkiyə-İran çəkişməsinin labüd olduğunu sübut edir.İran Rəsmi Bakının Türkiyənin tərəfində olduğunu anlayır və bundan narahatlıq duyur. Amma hər halda bunu da nəzərə almaq lazımdır ki, İran-Türkiyə çəkişməsi (əgər kəskinləşsə) heç bir şəkildə Azərbaycana sərf etmir.
“Qan dəyişmək ehtiyacı”
Dünya praktikası göstərir ki, uzunmüddətli hakimiyyət müxalif qüvvələri gücləndirən amildir.Bəşər Əsəd Qərb dövlətləriylə Rusiya-Çin koalisiyası ilə balanslaşdırılmış siyasət yürütdürdü və bu, qlobal qüvvələrə sərf edirdi.Lakin müxalifətin güclənməsi vəziyyətin nəzarətdən çıxma təhlükəsini artırırdı.Ona görə də qlobal qüvvələr bu siyasəti qura biləcək alternativi hakimiyyətə gətirəcəklər.
Yaxın gələcəkdəki siyasi proseslər bu mülahizələrin doğru olub- olmadığına aydınlıq gətirəcək.