1 Ekim 2011 Cumartesi

Göydələn


Bir gecə yuxudan  ürəyimdəki səs-küyə oyandım.Belə səs küyü mən axırıncı dəfə evimizin yanındakı yeni tikilmiş göydələnin tikintisində eşitmişdim.Elə bil kimsə qəlbimdə kök salmış yalnızlığı və qaranlığıı yerindən çıxardıb yerinə bünövrə qazırdı.Özümü lap Bakı kimi hiss edirdim.
Ümid və  Sevgi övladlarını qəlbimdə məskunlaşdırmaq üçün göydələn tikirdilər.Dəqiqələr,saatlar,gülüşlər,arzular,xəyallar,isterik skandallar,küsüşmələr,barışmalar,ittihamlar, etiraflar sanki kərpiclərtək düzülərək inamla bir –brinə yapışırdılar.Düzdür,onlar belə səliqəsiz görünürdülər,amma ümid onları inamla suvayandan sonra heç nə qalmayacaqdı.Göydələn mərtəbə-mərtəbə,otaq-otaq tikilərkən,qəflətən zəlzələ baş verdi.Sonra...

Ümidin və Sevginin göydələnləri zəlzələyə dözmədi.Daha ilk təkanda inam və istək  sütunları çökdülər və bina yerlə yeksan oldu.Ümid və Sevgi dağıntıların altında qalıb öldülər onların övladları sevinc və səadət isə ağır yaralandılar.Övladlar ata analarının öldüklərinəmi,öz ağrılarınamı ağlayacaqlarını bilmirdilər.Bunları görən qıraqdakılarsa...
Hərə qəza barəsində öz versiyasını irəli sürürdü.Kimsə “Günahkar Sevgidir ki,Ümidi bu binanı tikməyə vadar edib.”deyirdi,kimsə “ günahkar Ümiddir ki, binanı zəif sütunlar üstündə tikib”versiyasını  irəli sürürdü,kim isə günahın bunların hər ikisində olduğunu söyləyirdi.Hərə bir tərəfdən ürəyimdəki qəzaya görə duyğularımı günahlandırırdı.Sevgi niyə doğulub, Ümid necə var olub,onlar necə rastlaşıblar.Hərə bir tərəfdən onları  ittiham edərkən mən bezirdim.Onlar öz ittihamları,məsləhətləri,təsəlliləri ilə məni bezdirirdilər.Mən tək alıb öz qəlbimin sakinlərindən ölənlərə yas tutub dirilərini sağaltmaq istəyirəm...

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review