1 Ekim 2011 Cumartesi

Özünüzə yaxşı baxın!

Özünüzə yaxşı baxın! Heç olmasa,gündə bir dəfə güzgünün qarşısına keçin və ÖZÜNÜZƏ yaxşı-yaxşı baxın.O,tənhalıqda boğulur,işlənməməkdən günbəgün paslanır.O,” Nə yeməli?”
“Nə geyinməli?”,”Hara getməli?”,”Nəyi seçməli ?”suallarının təsiri ilə quruyur.
Gözünüzün içinə baxın.güzgünüzə parıldayan o göz yaşını görürsünüz?Ya üzünüzdə gizlənib böyüyəcəyi günü gözləyən qırışları?Vaxt gedir,hə? Hə,biz də gedirik...Hara? Özümüzü xatirələr ocağına atmağa...Özümüz ağlayır,bizsə özsüz qalan kollar kimi sevinirik.Nəyə? Külək kimi azad olub,küləyin köləsi olmağa.Axmaq cümlədir,hə? Amma həqiqətdir.Bizə  harada dayanmağı özümüz əmr etmirik,irəli getməyimizi isə külək istəyir. Biz bizə həyat verən torpağa tutunub onun altındakı suyu içə bilməyəcəyik,günəşin üzünə gülüb ona çiçək
uzatmayacayıq.Buna görə quruyub özümüzdən ayrı düşəcəyik.
İrəlidə nə var,bilirsiniz? Ocaq...Böyük əzəmətli bir peşmanlıq ocağı bizi qurumuş bir  kolu yandırdığı kimi bir an içində yox edəcək.Biz də bir gün bu dünyadan köçüb 2 kv. Metrlik bir çuxura endiriləcəyik.O çuxur ki,bizə keçmişə görə əzab və Tanrı qarşısında xəcalət verəcək.Biz onun qarşısında nə ağlaya biləcəyik, nə də əfv dilənməyə üzümüz gələcək.Nə qədər ki,Şeytanın evi bizim qəlbimizin sakini olmayıb özünüzə yaxşı baxın!Hər gün ruhunuzu sevgiylə suvarın,ağılla gübrələyib,cəsarətlə torpağını belləyin, iradəylə nəfs və kin alaflarından təmizləyin.Eee,çox danışdım,gedim yatım.Sizsə,özünüzə yaxşı baxın! Gününüz xeyrlə gəlsin,amma gününüzlə birlikdə xeyriniz getməsin!
26 Noyabr 2010-cu il.
Saat: 03:49

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review