Yorğun külək ağaclara tutuna-tutuna şəhərin sonuna doğru gedirdi. O qorxurdu. Hər toxunduğu ağac sanki piano diliydi- bircə toxunuşla inildəyirdi.O, qaçdıqca binalara toxunur, onun toxunuşuyla binaların işıqları da yanıb sönürdü. Artıq yolun xeylisini keçmişdi.Geriyə son bir döngə qalmışdı.O da bizim kimi döngələrə tabe olmalıydı.
Növbəti döngəni Sükut və Saat Əqrəbləri mənimlə dönəcəkdilər.bu döngədən sonra biz qaranlığa qoşulub günəş kimi parıltıyla gözdən itəcəkdik.Bu döngədən sonra biz yenidən başlamaq üçün hər şeyi bitirəcəkdik.
Bu döngə bizə yeni yol verəcəydi.bu yol bizə yeni şans hədiyyə edəcəkdi.Yeni oyuncaqlar, yeni gülüşlər,yeni mələklər,yeni nağıllar...Yenidən, iməkləmək, gəzmək,qığıldamaq,danışmaq öyrənəcəkdik.Yenidən gələcəyimizi keçmişimiz qədər arzulayacaqdıq.Amma biz yanlış döngəni seçib yenə bizə irəli kimi görünən geriyə getdik.Biz həp yanlış döngələri döndük...
Dərs almaq dedikdə nifrət etmək və qorxmaq anladıq,ona görə qaranlıqdan və it səsindən qorxduq,işıq tərəfə gedib Divin süfrəsinə düşdük.Div arzularımızı, ümidlərimizi əlimizdən alıb yedi.RKülək,artıq sus-bu yol burda bitdi. ....