100 il düşünsəm,ağlıma gəlməzdi ki, bir gün onu kiməsə qısqana bilərəm.Düzdür,çox gözəldir,ən azı gözəl olduğu qədər də cazibədardır,amma mən...Mən düşünürdüm ki,ağ atlı şahzadələr ancaq nağıllarda olur.Heç nə başa düşmədiniz?Gərək əvvəldən başlayaydım.
Onu tanıyanda Məltəmdən təzə ayrılmışdım.Təzə deyəndəki artıq 5-6 ay idi,amma ürəyimdəki «yara» hələ sağalmamışdı.Qışın hələ püxtəşməmiş,yeniyetmə axşamı idi,mən dərsdən çıxıb dayanacağa tərəf gedirdim.Qaranlıq tunelə bənzəyən ensiz cığıra təzə girmişdim ki,onun səsi gəldi.Qorxmuşdu,ağlamsınan səslə 4-5 oğlanın arasında durub,”eləməyin,nə olar” deyə çığırmağa çalışırdı amma onun yanında dayananlar ağzını tutmağa çalışırdılar.Əvvəlcə qarışmaq istəmədim,amma sonra kimsə mənə “ nə durmusan get,qıza kömək elə!”dedi və mən içimdəki komandirin əmrini o andaca yerinə yetirib onlara yaxınlaşdım. qızın qolundan yapışıb onu özümə tərəf çəkdim.Düzdür,cüssəsizəm,amma inanın ki, onu 2 nəfər 25-30 yaş arası oğlanın əlindən ala bildim.Onlar və yanlarındakı o biri oğlanlar dönüb təəccüb içində məni süzdülər.Bizə yaxınlaşan polis maşınının işığı düşəndə mən onların üzlərini gördüm.,Anatomik quruluşlarını görməyib üzlərini görsəydim elə bilərdim ki,qarşımda canavarlar dayanıb.Üzlərindəki mimikanı ancaq üç sözlə ifadə edə bilərəm: vəhşi,qorxuducu gülüş.Bu ifadəni mən “disсovery” kanalındakı verlişlərdən birində canavarlarda görmüşdüm.
Nəysə,onlar mənə yaxınlaşmaq istəyəndə arxadan polis maşınının gəldiyini başa düşdülər və həmən məni itələyib qaçmağa başladılar.Mən xilas olduğuma sevinirdim ki, qız qolumdan tutub” gəl,qaçaq!” deyib dartmağa başladı.Səbəbini bilməsəm də,heç tərəddüd etmədən onunla qaçmağa başladım.Biraz qaçandan sonra qarşımıza bizim akademiyanın yanındakı məktəbin həyətinə açılan qapı çıxdı.Qapıdan içəri keçdik.Məktəbin qapısnın bağlı olduğunu görən kimi yandakı ağaclığa girib orada gizləndik.
Bir saat-saat yarım keçdi.Yaşadıqlarımın təsirindən kəllə çarxa qalxan adrenalinim stabilləşəndən sonra nəhayət ki,qıza tərəf döndüm.O,əlimdən tutmuş,asta səslə,hıçqıra-hıçqıra ağlayırdı.Onun ağlamağı elə şairanə görünürdü ki, bu drammatik səhnəni bölmək istəmədim,odur ki,sakitcə ona baxaraq susdum.Nəhayət bu “teatr” dayandı və qız susub mənə baxmağa başladı.Heç 3 saniyə keçmədi ki, o gözünü yerə dikib sakitcə “ bağışla!” deyib əlimi buraxdı.Əvvəl durmaq istədi,amma bir az əvvəl yaşadıqlarının təsirindən o qədər gücdən düşmüşdü ki, bunu bacarmadı onda o,divara söykənib gözünü ağacın çılpaq budaqları arasından boylanan aya dikib susdu.Sizə mənim zil qaranlıqda bu olanları görməyim qəribə gələ bilər.Bəlkə də gətirəcəyim səbəb sizə absurd görünər,amma mən bu olanları onun gözlərinin köməyiylə görürdüm.Necə? Göz bəbəyinə zorla tutunan yaşdandanmı,ya ayın işığındanmı bilmirəm, amma onun gözləri parıldayırdı.Mən qara rəngin parıldadığını birinci dəfə idi ki,görürdüm.
Xülasə,onun yaratdığı,mənimsə keşik çəkdiyim sükutu yaxınlıqdan gələn xışıltı səsi pozdu.Qız diksinib söykəndiyi yerdən mənim qucağıma atıldı,mənsə onu qucaqlayıb gözümü xışıltı gələn tərəfə dikdim.Sən demə bu oyana-buyana tullanan qurbağa imiş.Deyəsən, qız da bunu gördü,odur ki,sakitləşdi.Mənsə üzümü ona çevirib soruşdu:
-Sən kimsən?
-Heç kim...
-O necə olur?
-Bax belə...
-Adın yoxdur?
-Var...Hicran...
-Deməli,sən Hicransanda.Mən də Ayxanam.O oğlanlar səndən nə istəyirdilər?
-Pulumu,canımı,namusumu...Yəni hər şeyimi.Yaxşı kisən gəlib çıxdın. Gəlib çıxmasaydın...
-Mən gəlib çıxmasaydımda,polis maşını gəlib çıxardı,onlar da qaçardılar.
-Orası düzdü,amma polsini gəlib çıxmağı da mənə kömək eləməzdi.Çox sağol,Ayxan!
-Niyə?
-Əşşi,sənə nə?Sağ olmaq belə çətin işdi ki,onu eləməkdən ötrü bu qədər çənə döyürsən?
-Sağolmaq çox çətin işdi, Hicran. Çox...
-Nə?
-Heç,fikir vermə,boş-boş danışıram.Duraq,ya səhərə kimi burada uzanıb aya baxaq?
-Kömək elə,duraq.
Mən qalxdım,sonra isə əlindən tutub onu qaldırdım.Biz ətrafa boylana boylana məktəbin həyətindən çıxıb qaranlıq cığırla irəli gedirdik.Sözün düzü, hara getdiyimi bilmirdim,dəqiq bilirdim ki,Hicran da mənim kimi məqsədsiz halda irəli getməkdədir.Amma onun yanınca getməkdən vaz keçmirdim.10-15 dəqiqə bir yerdə yol getmişdik ki,Hicran dilləndi:
-Sənin də evin eşiyin yoxdu?
-Mənim? Vaaar.Yeri gəlmişkən, saat neçədi?
Hicran qol saatına baxıb dedi:
-Onun yarısıdır.Nəsə işin var?
-Yox,sənin evin yoxdur?
-Yox,nədir ki?
-Gəl gedək mənim evimə...
-Bura bax,sən məni nə sayırsan? Mən sənin təsəvvür elədiyin adamlardan deyiləm.
-Nə özündən çıxırsan? Hava soyuqdur, küçədə qala bilməzsən deyə dedim.İstəmirsən, özün bilərsən.Heç mən də sənin təsəvvür elədiyin oğlanlardan deyiləm.Siz qızlar bütün oğlanları şorgöz, şərəfsiz adamlar kimi görürsüz.
-Bunun günahı sizdədir.Siz bizim hamımızı fahişə kimi görməsəniz,biz də sizi elə görmərik.
-Sənə kim dedi ki,mən səni fahişə kimi...Eeee,nəysə,elə fikirləşirsənsə,gəlməsən yaxşıdır.
-Guya elə fikirləşmirsən?”Prosto” deməkdən qorxursan, ya da utanırsan.
-Yox,elə fikirləşmirəm.
Bu sözdən sonra araya sükut çökdü.Biz bir-birimizlə danışmasaqda,yolda bir gedirdik.Elə bil ki, heç birimiz digərimizdən cəld ya yavaş getmək istəmirdi.Biraz keçmişdi ki, Hicran dilləndi:
-Acmışam,görəsən “Çudo Peçka” indi açıq olar?
-Yəqin ki, açıqdır.Deyəsən,ora 12-yə kimi açıq olur.
-Ora gedək?
-Mən gəlməsəm yaxşıdır,nə bilirsən birdən sənə hücum elədim?
-Mən qaranlıqdan qorxuram, ona görə...Nəysə,istəmirsən,gəlmə,gecən xeyrə qalsın!
Bunu deyən kimi Hicran mənən aralanıb yolun qırağına tərəf getdi.Yola çıxmışdı ki, maşınlardan biri sürətlə ona tərəf gəldi.Hicran qorxudan yerində donmuşdu.Bu anda mən cəld onu dartıb səkiyə çıxartdım. Hicran əvvəlcə donuq-donuq üzümə baxdı,sonra isə birdən üstümə qışqırdı:
-Bəs gəlmirdin,nə oldu?
-Özünü niyə maşının qabağına atırsan, dəli?
-Sənə nə? Özüm bilərəm.
-Özün bilməzsən! Sənin həyatını bir dəfə qurtarmışam,deməli, sən mənə həyatını borclusan. O indi mənim də həyatımdı,ona yaxşı baxmaq sənin borcundu.Başa düşdün?
-Kim sənə dedi ki,mən sənə həyatımı borcluyam? Öz də mənim həyatım yoxdu ki, onu xilas edəsən.O, çoxdan yox olub.
-O necə olur?
-Sənə nə ?-Hicran bu sualı eşitcək bir az da alovlandı.
-Mən səni tanımaq istəyirəm.Burda pis nə var?
-Məni tanımaq istəyirsən? Mən 19 yaşlı narkomanam,atam biqeyrətdir,anamsa,fahişə.İndi razı qaldın?
-Hə,hara gedirsən indi?
-BİLMİRƏM! Əl çək məndən, tək qalmaq istəyirəm.
-Əl çəkməyəcəm.Əl çəkən kimi özünə bir problem yaradırsan.Zəhmət çək,yanımda dayan.
-Mənim problemlərimdən sənə nə???
-Mən səni fikirləşirəm,dəli ipləmə. Əsəblərimnən oynama, dayan yanımda. Indi “165” gələcək, evə gedəcik.
-Mən sənnən heç yerə getmirəm.İndi “ Çudo Peçka”-ya gedəcəm, 1 peraşki, 1 qoğal yeyəcəm,sonra parkda yatacam.Səhər durub dərsə gedəcəm.Bildin?
-Sən indi mənnən “Çudo Peçka”-ya gedəcəksən,nə istəsən,yeyərik, amma sonra mənnən gedəcəksən.
O, heç nə demədən dodağını büzdü,sonra da qaça-qaça yolu keçdi.Səbəbini bilmirdim,amma ondan əl çəkmək istəmirdim.Buna görə də mən onun ardınca “Çudo Peçka”-ya getdim.Cibimdə cəmi 6 manat var idi. O pula mən sabah dərsə və işə də getməliydim.Xoşbəxtlikdən sabah maaş alacaqdım deyə daha az məhdudiyyətim var idi.Bu 6 manatın cəmi 1-ni saxlasaydım kifayət edəcəkdi.
Qısası, istədiyimə nail oldum,yəni, yemək yeyəndən sonra Hicran mənnən gəlməyə razı oldu.Biz avtobusa minib mənim evimə gəldik.
Ev İnşaatçılar metrostansiyasının yaxınlığında yerləşirdi.Düzdür, otaq darısqal idi,amma mən özümü orada rahat hiss eləyirdim.Hicran evin içini görcək razılıqla gülümsədi,sonra otaqdakı “tələbə dağınıqlığı”-nı yığışdırdı.(Tələbə dağınıqlığı sözü ona görə dırnaq içindədir ki,bu dağınıqlıqda kitab- dəftərdən başqa hər şey var idi.Jurnallar,qəzetlər,fotoalbomum, külqabı,çirkli stəkan,yağlı boşqab və s.)Sonra isə razılıqla dilləndi:
-İndi burada yaşamaq olar.
-Əvvəl olmurdu ki?
-Yox, əvvəl burada antisanitariya hökm sürürdü.
-Lap həkimlər kimi danışdın.Tibb Universitetində oxuyursan?
-Yox,BDU-nun Jurnalistika faklutəsində...
--Neçənci kursda?
-3-cü.Bəs sən?
-Mən AƏSMA-nın “İqtisadiyyat və İnzibati İdarəetmə”-sində. 2-ci kursdayam.Yorulmusansa,mən çıxım,əynini dəyiş yat.Mən bircə noutbuku götürüb otaqdan çıxacam.
-Harada yatacaqsan?
-Mətbəxtdə...
-Hmm,yaxşı...Gecən xeyrə qalsın!
Mən noutbuku götürüb mətbəxə keçdim. Onu stolun üstünə qoyub yandırdım və yarımçıq qoyduğum hekayəmi yazmağa başladım.Daha doğrusu,başlamağa çalışdım,çünki sükutdan istifadə edən fürsətcil suallar əllərinə sual işarəsini və çəkic götürüb beynimin üstünə hücuma keçdilər.Bir neçə dəfə onları qovmağa çalışdım,amma nəsə alınmadı.Vəziyyəti belə görüb bir siqaret yandırmaq istədim.Əlimi şalvarımın cibimdə atandan sonra yadıma düşdü ki, siqaret gödəkcəmin cibində ,gödəkcəm isə otaqda qalıb.Əvvəl əsəbiləşdim,sonra bunun faydasız olduğunu başa düşüb, gödəkcəmi otaqdan götürməkçün plan qurmağa başladım.Qərara gəldim ki, biraz gözləyim,Hicran yuxuya getsin,sonra götürərəm.
Biraz keçdi.Səbrimi basa bilməyib otağa yaxınlaşdım və astaca qapını aralamağa başladım bir reaksiyaya rast gəlmədiyim üçün mənə elə gəldi ki, Hicran artıq yatıb.Kresloya yaxınlaşıb gödəkcəmi götürürdüm ki,balkondan səs eşitdim.Bu,ağlayan mələyin səsi idi.Bəli, məhz mələyin.Çünki ancaq mələk belə məsumca,eyni zamanda həm üsyan, həm də ümid edərcəsinə ağlaya bilərdi.Balkonun döşəməsinə tərəf düşən hər damcı sayrışan ulduz kimi sürətlə və parıldayaraq aşağıya tərəf süzülürdü.Elə bil ki, ağlayan qızcığaz yox, ay idi.Bir az yaxınlaşmışdım ki,birdən yadıma düşdü ki, o mənim burada olduğumu bilmir.Geri qayıdıb otaqdan bayıra çıxdım,donuq vəziyyətdə mətbəxə gedib stulda oturdum və gödəkcəmin cibindən siqaretimi çıxardım.Düşünürdüm ki,siqaret məni sual işarələrindən xilas edəcək,amma indi gördüklərimdən sonra bütün varlığımla o sual işarələrinə təslim olmuşdum. Onda mən onun mələk olduğundan şübhələməyə başlamışdım.
***
Əvvəlcə harada olduğumu bilmədim.Yalnız otaqdan gələn zümzümə səsini eşidəndən sonra dünən olanlar yadıma düşdü.Başımı qaldıranda güclü baş ağrısı hiss elədim,amma o ağrı elə gəldiyi kimi də qəflətən kəsdi.Daha doğrusu,başım tamam başqa şeyə qarışdı. Hicranın zümzümə etdiyi “ Hoşcakal,olacaklar sensiz olsun,daha durmam boşluklarında ben,unutuyorum.”mahnısını eşitcək nədənsə miqrenimi unudub səsə qulaq verdim.Açığını deyim ki, mənim Əmrə Aydından da onun mahnılarından da zəhləm gedir,amma bu mahnıya nədənsə vuruldum.Çünki onu mələyim oxuyurdu.Daha doğrusu,gələcək mələyimə,çünki onda Hicran hələ mənim mələyim deyildi.Belə demək olarsa,o səhər mənim onu mələk kimi təsəvvür elədiyim ilk səhər idi.O an məndə elə təəssürat yaranmışdı ki, indi otağın qapısı açılacaq və oradan qanadlı,başında nurlu halqa olan bir varlıq çıxacaq.Elə bunu düşünmüşdüm ki, qapı açıldı və...
Yox əşşi, otaqdan mələk-zad çıxmadı. Bu, Hicran idi.O, əvvəl diqqətlə gözlərimə baxdı sonra isə birdən-birə gülümsəyərək”sağol,Ayxan!”deyib qapıya tərəf yeridi.Nədənsə onu tək qoymaq istəmədim.Odur ki, gödəkçəmi də götürüb onun ardınca getdim.O,sürətlə pilləkənlərdən aşağı düşdükcə mən də qapını bağlayıb onun ardınca getməyə tələsirdim.Bu,sanki qorxu idi.onu gözdən itirmək qorxusu...Axı, mən başa düşürdüm ki, onu bir daha görə bilməyə bilərəm.Doğrusu,bundan niyə qorxduğumu anlamırdım da.Sadəcə onu dərk edirdim ki, onu bir daha görməliyəm.
Xülasə mən pencəyimi götürüb qapıdan çıxdım və pilləkənləri,mərtəbələri fəth edə-edə Hicrana çatdım.O,məni belə tələsən görüb təəəcübləndi:
-Aaa,sənin dərsin 2-ci növbə deyil?! Niyə belə tələsirsən?
-Dərsim 2-ci növbədiye,gedəsi yerim var.
-Hmm, yaxşı,xudahafiz,mən dərsə gecikirəm.
-Hicran?
-Hə?
-Yenə görüşəcəyik?
-Yəqin ki, yox,niyə ki?
-Hara gedəcəksən?
-Bilmirəm,amma səni narahat eləmək istəmirəm.Yəqin ki, qrup yoldaşım qızlardan birinin evinə gedərəm.
-Getmə,mən narahat deyiləm,inan.Burada qal.
-Bunu niyə istəyirsənki?
-Sənə görə narahatam, istəmirəm ki...Eee,nəysə,bilmirəm.Dərsdən çıxandan sonra bura gələrsən,yaxşı?Sənə zərərim toxunmaz,qorxma,elə mətbəxdə “raskladuşkamı” açıb yataram.
-Hmm,bilmirəm.Nəysə,birazda danışsaq,mən dərsə 100% gecikəcəm.Sağol!
-Mən də səninlə gəlirəm.
-Sənin gedəsi yerin yox idi?
-Səni dərsə ötürüm, sonra gedərəm.
-Mənə görə yolunu dəyişmə,tək də gedə bilərəm..
-Sən mənə görə narahat olma.Mən səninlə gəlmək istəyirəm.
-Yaxşı, gəl!-Hicran gülümsəyərək üzünü çevirdi və getməyə başladı.
Yol boyu yağış damlalarının bəstələdikləri musiqi sədaları altında xoş bir sükut hökm sürürdü.O,gülümsəyən baxışlarını səmaya,mən isə təəccüb dolu nəzərlərimi ona istiqamətləndirmişdim.Açığı deyim ki, o ana qədər mən dünyada ağlayan buludlara belə arsızca gülümsəyən insanın ancaq mən olduğumu düşünürdüm.Bəlkə də məhz buna görə Hicran məni cəlb eləmişdi.O gün mən ilk dəfə anlamışdım ki,o,mənim ruh əkizimdir.
Hə,hərdən çox yorucu olurdu.Əsasən də qısqananda məni lap hövsələdən çıxarardı.İki-üç il əvvəl həyatımızda ilk dəfə kinoteatra getmişdik.Bəxtimizdən ancaq “AngelA” kinosuna bilet qalmışdı.Kino qurtarandan sonra elə bil ki, sehirlənmişdik.O gün mən birinci dəfə onun əlini tutmuşdum.O gün o mənə bu sualı ilk dəfə vermişdi.” Ayxan, sən niyə məni qoruyursan?Sən mələksən,ya ağ atlı şahzadə?”Bu sualı eşidəndə emosiya seli yaşamışdım.Utancaqlıq,tərəddüd,sevinc,qürur,lazımlı sözlərin axtarışı...Qəribəsi o idi ki, bu boyda hiss arasında dilimdən ancaq” bilmirəm” sözü çıxmışdı.Ardınca isə səbəbini bilmədən ona bir hekayə danışmışdım.Hansını?
***
Bir cənub şəhərinin şimal qəsəbəsində Ayxan adlı 9 yaşlı oğlan yaşayırmış.Ayxan böyüyəndə həkim olmaq istəyir, öz istəyinə çatmaq üçün gecə-gündüz dərs oxuyurmuş.Bir gün onun oxuduğu sinifə
Leyla adlı bir qız gəlir.Kürən,ortaboy,yaşıl gözlü Leyla elə ilk gündən Ayxanla bir parta arxasında oturur.İllər keçir,siniflər dəyişir,amma onlar hələ də bir parta arxasında otururlarmış.Onlar 7 ci sinifə keçəndə Ayxan parta yoldaşına qarşı qəribə hisslər duymağa başlayır.Əvvəlcə bu onu qorxudur,amma bir qədər sonra o hisslərinin sevgi olduğunu başa düşür və bunu Leylaya deyir.Ondan sonra Leyla və Ayxan ilk sevgilərini yaşamağa başlayırlar. Bufet, park, Leylagilin evin gedən yol boyu gəzərkən, bu cütlük 2 il eşq yaşayırlar.Amma onlar 9 –cu sinifə keçəndə hər şey dəyişir.Leylanın anası və atası bir birinin ardınca vəfat edincə Leyla nənəsinin himayəsində qalır.Və bir gün nənəsi onu ərə verməyi qərara alır.Adaxlı olaraq da ondan 10 yaş böyük həmkəndlisi Zülfüqarın oğlu Kərimi seçir.Bununlada onlar ayrılırlar.Leyla məktəbi 9-cu sinifdə tərk edib ərə gedir, Ayxan isə məktəbi bitirib ali məktəbə daxil olur.
Aradan 3 il keçir.Ayxan bu dəfə də internetdə tanış olduğu bir qıza,Zülfiyyəyə vurulur. Ayxan Zülfiyyəni tanıdıqca sevgiyə inamını bərpa edir.Amma bu dəfə də Zülfiyyə onu tərk edir.Ayxanın Zülfiyyəgilə göndərdiyi elçilərlə Zülfiyyənin anası arasında yersiz münaqişə və Zülfiyyənin anası bu birlikdəliyin əleyhinə çıxır.Zülfiyyə isə anasına boyun əyib Ayxanı tərk edir.Bu hadisədən sonra Ayxanın içindəki sevgi və inam uzun bir yuxuya qərq olur.
***
Hekayənin mənim həyatımdan olduğunu anlamaq üçün alim olmaq vacib deyildi.Hicran bunu anlaya biləcək kamala sahib idi. Odur ki, üzümə baxıb hiyləgərcə gülümsəyən Hicran biraz susandan sonra birdən, asta səslə dedi:
-Deyirsən ki, içindəki sevgi və inam uzun yuxuya qərq olub?
-Deyəsən...Niyə soruşdun ki?
-Bir gün Ağ atlı şahzadə gəlib səni öpsə, onlar ayılacaq?
-Hmmm,Mən ağ atlı şahzadə axtarmıram,axı mən oğlanam...-Mən dodaqaltı gülməyə başladım. O,da bir qədər gülümsədi,sonra isə üzümə baxıb gülə-gülə dedi:
-Ayxan, deyirəm Azərbaycan dilində necə qəribəliklər varee..Şahzadə həm oğlan ola bilər,həm də qız.
-Hə,o da düzdür.O halda belə deyim ki, qız şahzadə məni öpsə, bəlkə hisslərim ayıldı.-Birdən gözləmədiyim halda Hicran məni öpdü.Sonra isə üzünü çevirib sürətlə yeriməyə başladı,mən isə ona çatmaq üçün addımlarımı sürətləndirdim.
Nə başınızı ağrıdım, bu qaçdı-tutdu evə çatana kimi davam etdi.Mən ha çalışdımsa, Hicranın bu öpüşdən sonrakı üz ifadəsini evin kandarına kimi görə bilmədim.O yalnız evin qapısının ağzına çatanda üzünü çevirdi və mən onun gözlərini və üzünü nəhayət ki,gördüm.Onun gözləri aşağı dikilmişdi,üzü isə qıpqırmızı idi.Bizim artıq il yarımlıq münasibətimiz boyu o məni ilk dəfə idi ki,öpürdü.(Bəlkə də bu normal idi,çünki bizim münasibətimizin adı yox idi. Nə sevgiliydik,nə də dost ikisinin arasında bir münasibət yaşayırdıq.Mən bircə onu bilirdim ki,ona öyrəşmişəm.)
O axşam ilk dəfə birlikdə televizora baxdıq.Adətən mən mətbəxtdəki teleizora baxırdım, o isə qonaq otağındakı.. Lakin o gün hər şey dəyişmişdi.O gün bizi birləşdirən həyat yaranmışdı.O gün mən sanki yenidən doğulmuşdum.İçimdəki Ağbəniz deyəsən Ağ atlı şahzadəmin öpüşündən sonra ayılmışdı.O gecənin qaranlıq köşələrində mən uşaqlığımda itirdiyim nağıllara inamımı tapmışdım.
Bu düşüncələr və onların bəxş etdiyi şirin həyəcan mənə filmə baxmağa imkan vermədi.Bir də ayıldım ki, film bitib,Hicran isə başını çiynimə söykəyərək yuxuya gedib.Mən onda çoxdan bəri yaşamadığım bir hissi yaşadım.O an mən insanın uça biləcəyinə həqiqətən inandım.Özümü elə güclü və ramedilməz hiss edirdim ki, elə bil ki,indicə evin eyvanında yerə atılsam,əllərimi qanad kimi yelləyib göydə süzə biləcəm.
Yox, bunu yoxlamadım.Daha doğrusu,buna imkan tapmadım.Televizoru yenicə söndürmüşdüm ki, Hicran yuxudan ayıldı.O,üzümə baxıb əvvəlcə təəccübləndi,sonra isə gülümsəyərək yuxulu səslə dedi:
-Ayxan,olar mən də sənə bir nağıl danışım?
-Hə olar,nə barədə?
***
Biri var imiş,biri yox imiş,küləklər şəhərinin Yasamal adlı ərazisində Davud adlı bir neftçi yaşayırmış.O, 15 gün Neft Daşlarında işləyib,15 gün evdə istirahət edərmiş.Evdə olduğu günlərdə bekarçılıqdan darıxıb dostlarıyla kafe-restoranlara gedərmiş.
Davudun Gülçöhrə adlı arvadı,Hicran adlı qızı var imiş.Onlar xoşbəxt və firavan ömür sürürmüşlər.Ta ki, Hicran 16 yaşına çatana qədər...
Hicranın 16 yaşı gəlib çatan günün axşamı bütün qohum-əqrəba onların evində idi.Xalaları,bibisi,dayıları,əmiləri, babası, nənələri-hamı...Atası bacanaqları,qardaşları,qayınları ilə eyvanda siqaret çəkə-çəkə söhbət edirdi,babası bibisinin əriylə nərd oynayırdı,qadınlər mətbəxdə nəsə iş görürdülər,bibisi,xalası əmisi,dayısının uşaqları gizlənqaç oynayırdılar,özü isə rəfiqəsiylə telefonla danışırdı.
Birdən qapı döyüldü.Atasını qapının ağzına çağırırdılar. O,əvvəlcə özü atasını çağırmaq istədi,amma sonra xalası oğlu İlkini yanına çağırıb ondan xahiş edir ki, atasını qapının ağzına çağırsınlar. İlkin onun sözünü yerə salmır və Davud əmisini çağırmağa gedir.Bir neçə dəqiqə sonra Davud qapının yanına çatanda onu görməyə gələnləri görüb rəngi ağarır.O cəld bayıra çıxır və qapını örtür.
***
Qapının qəfil döyülməsi Hicranın nağılını yarımçıq qoydu.Mən qapını açmaq üçün ayağa qaxanda o da məcburən başını qaldırdı və daha öncə gördüyüm mələyin göz yaşlarını ikinci dəfə gördüm.Amma bu dəfə o yaşların şairanəliyi mənə verdiyi kədəri üstələyə bilmirdi.Mən onun ağlamağını istəmirdim.Qapını döyən hər kim idisə, Hicranı dinləmək xətrinə onu saatlarla qapıda gözlətməyə hazır idim.Yetər ki, nağılın bu kədərli məqamı getsin,mələyimin göz yaşları dursun.Amma...
Qapının döyülmə tərzindən bilinirdi ki, qapı ağzındakı hər kimdisə 15 dəqiqə gözləyəcək qədər səbrli, lakin saatlarla gözləyə bilməyəcək qədər səbrsizdir.Özü də deyəsən içəridə olduğumuzu bilirdi,yoxsa niyə belə israrla 15 dəqiqə gözləsinki?!
Nəysə qapıya yaxınlaşdım, onu açdım və qarşımda Hicranın rəfiqəsi İntizarı gördüm.Qız sanki bu dəqiqə binanın blokunda yox, ən azı okeanın dibində idi.Sanki qapını açmasaydım, o, göz yaşlarında boğulub öləcəydi.Ağlımdan bir anlıq onu qapıdan buraxmamaq keçdi,amma o mənə məhəl qoymadan cəld qonaq otağına qaçdı,Hicranı tapıb qucaqladı və hönkür-hönkür ağlamağa davam etdi.Mənsə taleyimlə barışıb qapını bağladım və gözümdə qalan istəyimi təmir etmək üçün mətbəxə(artıq qərargahıma) çəkildim.Amma nədənsə bu dəfə içimə qapanmadım, əksinə, qulaqlarımı şəkləyib onlara qulaq asmağa başladım.Qulağıma ilk tuş gələn mələyimin səsi oldu:
-Demişdim axı,o səni sevən deyil.Sən bilirdin ki, o aktyordu,fanatları çoxdu,cürbəcür aktrislarnan cürbəcür kinolarda,cürbəcür səhnələrdə oynayır.Gün gələcək, o da başqaları kimi kinodakı “para”-sıynan roman düzüb- qoşacaq,Bu indi moddadı.
-Bilirsən, məni nə yandırır? Mən bütün bunları hiss eləmişdim.Hər axşam evə gec gəlirdi.Soruşurdum hardasan bu vaxta qədər ,axı çəkilişlər 4-5 saat bundan qabaq qurtarıb.Min cür bəhanələr uydururdu,alçaq!
-Necə oldu ki, bildin?
-Günorta sms yazmışdım ki, “tez gəl,anan xəstədir,onu yoluxaq,halını xəbər alaq”.Axşamüstü yazdım ki, “bəs nə oldu? Niyə gəlmirsən?” Cavab yazdı ki, “anamgildəyəm.”Mən də axmaq buna inandım, durub qayınanamgilə getdim ki, bəs yaxşı deyil,deyər ki, gəlin mənim dərdimi çəkmir.
Gedib ora çatanda nə görsəm yaxşıdır?” Zərif dəqiqələr” verilişinin aparıcısı yoxdur? Bu alçaqnan o itin qarnınnan çıxmış öpüşllər!
-Bəs sən neylədin?
-Neyləyəcəm? Maşının qapsını açdım, ikisinin də üzünə tüpürdüm,sonra da çıxıb bura gəldim.Hicran,olar bu gecə siznən qalım?O namussuzun üzünü bir də görmək istəmirəm. Səhər veş-vüşümü yığıb mamagilə gedəcəm.
-Niyə olmur ki!?
-Sənin Romeon bir söz deməz?
-Romeom?
-Ayxanı deyirəm də...Qulaq as, kişilərə etibar yoxdur, bunun ipini boş buraxma!Yoxsa o da Ramil kimi...-Hicran rəfiqəsinin sözünü ağzında qoydu.
-Ayxan Ramil deyil...Öz də mənim onun ipini boş buraxmamağımçün bir səbəb yoxdur.
-Hardan bilirsəne?Birdən bir gün o da Şeytana təslim olub...
-İntizar, sən onu tanımırsan...O istəsəydi,indiyə qədər Şeytana uyardı,mən də ona bir şey deyə bilməzdim.Biz hələ təzə sevgiliyik, bir evdə yaşamağımıza baxma.
-Doğrudan,siz artıq sevgilisiniz? Nə vaxtdan?
-Bir-iki saatdan əvvəldən ...
-Uydaaa.Təbriklər, xoşbəxt olasan! Romantikanızı pozdum,eləmi? Görürsən,necə axmaq adamam?
-Yox elə demə,heç bir problem yoxdur.
-Yəqin Romeo mənə əsəbiləşib...
-Yox, o anlayışlıdır, səni başa düşüb yəqin ki.Çay istəyirsən?
-Yox, onu narahat eləməyək,qoy yatsın.Mənim də yuxum gəlir. Gəl,qucaqlaşıb yataq.
-Yaxşı,dayan sənə pijama verim.
***
Səhər oyananda özümü gecə oturub Hicrangilə qulaq asdığım kresloda tapmışdım.Boynum, belim və qabırğalarım ağrıyırdı,deyəsən soyuq da dəymişdi.Oyananda qeyri-ixtiyari olaraq siqaret çəkmək üçün pəncərəyə yaxınlaşdım, onu açıb sürhiyə söykəndim.Bir də baxdım ki, Hicran da eyvanda dayanıb oradan şəhərə baxır.
Əslində oradan baxanda ancaq “Qələbə” kinoteatrı və “Azpetrol”-un arxasında gizlənən süni göl görünürdü.bunu nəzərə alaraq fikr irəli sürmək olardı ki,Hicran sadəcə nə isə düşünür.Pəncərəni açılmağından diksinməyi isə ondan xəbər verirdi ki, o gecə yatmayıb.O,məni görcək gülümsədi və “ Sabahın xeyir,necəsən?” dedi.
-Yaxşıyam,bəs sən?
-Mən də...
Elə bu dəmdə İntizar da eyvana çıxdı.O məni görcək azacıq gülümsədi,sonra iə saymazyana səslə dedi:
-Salam,Romeo.
-Kim???-Mən özümü eşitməzliyə vurdum.
-İntizar, bəsdi!-Hicran İntizara göz ağartdı.
-Yaxşı,bağışla!-İntizarın bu dəfə ki, təbəssümündə səmimiyyət var idi.Necəsən, Ayxan?
-Yaxşıyam, bəs sən?
-Belə də...Nə isə,biz dərsə qaçaq.Sən yat,yuxunu al.Görünür yaxşı yatmamısan, gözünün altında çuxurlar var.Çox sağol ki, məni evinə buraxdın.
-Dəyməz,nə vaxt istəsən, burdayıq.
-Çox sağol,Ayxan! Elə Hicran düz deyirmiş...
-Nəyi düz deyirmiş?
-Heç nəyi!-Hicran İntizara cavab verməyə imkan vermədi.-
-İntizar,gedək əynimizi dəyişək,yoxsa dərsə gecikəcəyik.
-Yaxşı gedək.
Onlar əyinlərini dəyişib dərsə getdilər,mənsə çarpayıma uzanıb,biraz da yatdım.
Dərsdən çıxıb evə çatanda gözlərimə inanmadım.-Hicran mənim çarpayımı qonaq otağıma gətirmişdi, mətbəxtdə isə gözəl şam yeməyi hazırlamışdı.Məni görən kimi mələyim mətbəxtdən qaça-qaça üstümə gəldi:
-Salam,əzizim,necəsən? Günün necə keçdi?
Yaxşı keçdi.Sən necəsən?
-Yaxşıyam,gəl,gedək yemək yeyək.Yarpaq dolması, bir də xəngəl bişirmişəm.
-Hmmm çox sağol,soruşmaq ayıb olmasın, yemək bişirməyi iki daşın arasında haradan öyrənmisən?(Bunu ona görə dedim ki, adətən evdə yeməyi mən bişirərdim, təmizlik,səliqə- səhman işinə isə o, baxardı.)
-İntizardan.Çox sağolsun, mənə xeyli köməyi dəydi.Sonra çıxıb anasıgilə getdi.
-Lap yaxşı,bundan sonra yeməyi də sən bişirərsən.
-Baş üstə,canım!
-Nə dedin?
-Dedim ki, baş üstə- Əslində o, bildi ki, mən onun nə dediyini eşitdim.Ən azı qızarmış üzü bundan xəbər verirdi.Məhz buna görə mən təkrar eləməsini istəmədim.Bu qədər xoşbəxtlikdən infarkt keçirdə bilərdim.
Xülasə,yeməyimizi yedik, sonra isə söhbət nağılın davamına gəlib çatdı.Harada qaldığımızı xatırlayandan sonra Hicran nağılı danışmağa davam elədi.
***
Bunu görən Hicran qapıya yaxınlaşdı ki, danışılanları eşitdi.Atası ilə 3 orta yaşlı kişi söhbət eləyirdilər:
-Pulu nə vaxt qaytaracaqsan,Davud?
-Mətləb, qardaş,mənə üçcə gün möhlət ver,qurban sənə.Yığıb verəcəm.
-Hmm, pul asan məsələdir.O biri məsələni nə vaxt həll edəcəyik?-Bu ikinci naməlumun səsiydi.
-Qurban sənə, bu gün ad günüdür,birtəhər yola verək, sabah özüm gətirərəm yanınıza...
-Ad günüdür,lap yaxşı,biz onu da səni də şad eləyərik də...-Üçüncü naməlum çaqqal kimi vaqqıldaya vaqqıldaya dedi.
-Ayə,Telman, yum ağzını,axmaq-axmaq danışma.-Deyəsən,bu Mətləb idi.O, əvvəlcə o Telmanın ağzını yumdu,sonra isə üzünü Davuda tutub dedi:
-Qumar borcu,namus borcudur.Əgər bizə fırıldaq gəlib o qızı birgecəlik bizə verməsən,səni də, ailəni də məni tanıdığına peşman eləyəcəm,bilirsəndə?
-Hə,Mətləb qardaş...
Hicranın bunu eşitcək ayaqları,əlləri dili buz bağlayır.Bir an belə dayandıqdan sonra o qaça-qaça hamama girib orada doyunca ağlayır.Sonra biraz gözləyib,vaxt tapan kimi evdən qaçır.Sonra o, müəlliməsi Tünzaləgilə gedir.Bir neçə ay sonra onu tapırlar və Tünzaləni öldürürlər,Amma o , qaçıb qurtulur.Sonra o, həmən məhəllədəki mağazada satıcı işləyən Raqif dayının evinə gedir.Raqif dayı onu 2 ay öz evində saxlayır.O evdə Hicran ilk dəfə sevgiylə tanış olur.Raqif dayının oğlu Fərhad əvvəl ona eşq elan edir,amma sonra Hicranı zorlamağa cəhd edir.Hicran o evdən də qaçır.Həmin gün Hicranın ürəyindəki Ağbəniz dərin yuxuya qərq olur.
O evdən qaçandan 1-2 saat sonra həmin mənfurlar məni tapdılar.Tam məni öldürmək istəyərkən,Ağ atlı şahzadəm gəlib çıxır və... Davamını özün bilirsən.
-Sən də mənim Ağatlı şahzadəmsən! Çox sağol ki, məni,ürəyimi bu dərin yuxudan ayıltdın!
Göydən üç alma düşdü, birini mən yedim,ikisini isə Hicran...Niyə? Axı,o indi ikicanlıdır...
Həə,yadımdan çıxmışdı axı,biz artıq il yarımdır ki, evliyik.
SON