2 Ekim 2011 Pazar

Sevginin infilyasiyası

Bir gün  qəlbimdə gəzdirdiyim sevgiylə boş-boş ömür sürməkdən bezib özümə sual verdim ki," Şahlar,sən qəlbindəki sevgiylə bu həyatdan nə istəyirsən?"
Biraz düşünəndən sonra kəşf etdim ki,sən demə mən həyatı tanımaq istəyirəmmiş.Qərara gəldim ki,həyatı yaxından tanımaqçün onu qıraqdan seyr edim.Bu qərara gələn kimi bədənimi "zombilərə" bənzədib onlardan biri olum.Mən də onlar kimi dərslərimi oxudum,mühazirələrimi yazdım,seminarlara,kollokvumlara hazırlaşdım, kostyum geyindim, qalstuk taxdım,iclaslara,toplantılara gedib çoxluca məruzələr dinlədim və nəticədə həyatı tanıdım.
Sən demə həyat sadəcə olaraq bir mağazaymış. Bu mağazada xoşbəxtlik,uğur və ümid satılırmış.
Qərara gəldim ki, həyatdan nə istədiyimi dəqiq öyrənmək üçün bu mağazaya girim.
Mağazaya girən kimi onun işçiləri mələk və şeytan yanıma gəlib məni salamladılar.Salamlama mərasimi 7-8 il çəkdi.Sonra onların hərəsi qarşıma bir kataloq qoydular.Şeytanın kataloqunda, uğur,var-dövlət, şan-şöhrət və saxta xoşbəxtlik,mələyin kataloqunda isə əsl xoşbəxtlik,ümid, hörmət,sədaqət və əbədiyyət var idi.Bu kataloqu diqqətlə vərəqləyəndən sonra qərara gəldim ki, satılan nemətlərin qiymətləriylə maraqlanım.Birinci  Şeytanın vitrininə yaxınlaşdım və onun mallarını nəzərdən keçirməyə başladım.
            Birinci gözümə vitrin arxasında par-par parıldayan uğur sataşdı.Qiymətini soruşanda dedi ki, uğurun çəkisindən asılı olaraq qiyməti dəyişir.Məsələn 1 qram uğurla lotoreyada pul uda bilərəm:qiyməti nəfs.10 qram uğurla istədiyim qızı eyş-işrətə cəlb edə bilərəm.Qiyməti:yalan+ namussuzluq.100 qram uğura vəzifəmdə yüksələ bilərəm. Qiyməti:yaltaqlıq. 1 kq uğura öz biznesimi qurub bu yolda  irəliləyə bilərəm.Qiyməti: namussuzluq+insafsızlıq+nəfs.
Bu dəyərlərin məndə olmadığını görüb uğur almaqdan vaz keçdim.Şeytanın o biri var mallarını almaq üçün zəruri dəyərlərimin olmadığını görüb bu vitrindən aralanmaq istəəyirdim ki, Şeytan mənə güzəştlər təklif etməyə başladı.Birinci təklifi o oldu ki, 1 qram uğuru mənə hədiyyə versin, mən onu barter edib nəfs alım,bununlada kreditlə 1 kq  uğur alım.Bu təklif cazibədar görünsədə,kreditin şərtlərini bəyənmədiyimdən ondan imtina etdim.Onda şeytan mənə 2-ci təklifini elədi.O,mənə 100 qram xoşbəxtlik müqabilində insafımı  verməyi təklif etdi, mən də insafsız sevginin dəyərsiz olduğunu nəzərə alıb  bu təklifdən də  imtina elədim.Bu halda şeytan mənə 3-cü təklifini etdi:Vitrindəki bütün malların müqabilində mənim ruhum...Biraz hesablama aparandan sonra qərara gəldim ki, bu ticarət mənə iqtisadi cəhətdən sərfəli deyil.Beləliklə ,mən Şeytanın vitrinindən uzaqlaşıb mələyin vitrininə yaxınlaşdım.
Mələyin vitrinində birinci olaraq xoşbəxtliyin qiyməiylə maraqlandım.Mələk dedi ki, xoşbəxtlik=ağıl+iradə+cəsarət+sevgi  Bu dəyərlər mənim xəzinəmi təşkil etdiklərindən onları sərf edib-etməmək yolunda ciddi tərəddüd qarşısında qaldım.Sonra ümidin qiymətiylə maraqlandım.ümidin qiyməti bir sevgiymiş.Ümidin bu qədər ucuz olduğuna təəəcübləndiyimi görən mələk bunu ümidə tələbatın az təklifinsə çox olmasıyla izah etdi.Hörmət və sədaqətin qiyməti isə sevgi+inam imiş.
            Qiymətləri öyrənəndən sonra mağazadan çıxdım və uzun-uzun düşünməyə başladım.Əvvəl xoşbəxtlik,ümid,hörmət və sədaqətə sahib olmaq üçün bir sevgi yetər idi.İndiysə...Bunu nəzərə alıb qərara gəldim ki, uzun illər əsrlər,hətta minilliklərlə davam edən tək iqtisadi proses sevginin infiliyasiyası imiş.
                                                           20.10.2010.Saat:4:46

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review