23 Ağustos 2010 Pazartesi

Ayrılıq

-Eyy,mən gedirəm.Dur vidalaşaq.
-Hara gedirsən?
-Dəqiq ünvanı bilmirəm, bir onu bilirəm ki, səndən və bu çirkin dünyandan uzaqlara gedəcəm.Dur vidalaşaq mən gedim.
-Gözlə mən yatım,duranda gedərsən.Hara tələsirsən?
-Deməli vidalaşmaq istəmirsən.Yaxşı,necə istəyirsən.Mən getdim.
-Niyə gedirsəne,dəlisən?
-Bezmişəm,başa düşürsən? Bez-mi-şəm...
-Kİmdən və ya nədən bezmisən?
-Səndən ,səni və məni bu qədər bezdirən və yoran sevgidən,ruhdan.Qısası,hər şeydən.Gedirəm,salamat qal.
-Mənim sənə çox ehtiyacım var axı.Mən sənsiz neyləyərəm?
-Sənin mənə ehtiyacın olsaydı,məni sevginin nə olduğunu bilməyəck qədər ucuz insanların ayağı altına atmazdın.

-Bağışla məni,getmə noolar...Sən mənimçün çox dəyərlisən.Sən mənim ən dəyərli varlığımsan.
-Gecdir artıq...Sən məni öldürdün..Xüdahafiz...
-Bəs qayıdacaqsan?
-....
Beləcə bu gecə ürəyim məni tərk elədi.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review