4 Eylül 2010 Cumartesi

Yalnızlıq

Təsəvvür elə ki, küçə fanarlarının işıqlarından parıldayan şəhərin ən qaranlıq küçəsiylə gedirsən.Birdən hiss edirsən ki, kimsə israrla arxanca gəlir.Əvvəlcə fikir vermirsənki bəlkə təsadüfən yolu səninkiylə bir düşüb?.Amma biraz keçəndən sonra onun ayaq səsləri səni əməlli başda narahat etməyə başlayır.Ürəyin daha sürətlə döyünməyə başlayır, üzünü çevirib arxanca baxırsan,amma heç kimi görmürsən.Bu,səni daha çox şübhələndirir.Sən artıq arxanca gələn ayaq səslərindən qorxmaqdan başqa özündən şübhələnməyə də başlayırsan..."Bəlkə mən dəliyəm?"
Sən addımlarını sürətləndirdikcə onun addımlarının da sürəti artır.Sən irəlilədikcə,elə bil ev səndən uzaqlaşır.Artıq tez-tez yeriməkdən bezib qaçmağa başlayırsan,amma sənin arxanca o da qaçmağa başlayır.Və...

Və nəhayət sən artıq evdəsən.Qapını bərk-bərk bağlayıb qapının arxasında biraz ağlayırsan.Bir qədər sonra qapı gözündən baxıb görürsən ki, qapının ağzında heç kəs yoxdur.Beləcə sakitləşirsən...
Bir neçə saat sonra...Artıq yuxun gəlir.Gözlərin yumulsada birtəhər televizora baxmağa çalışırsan. Qəflətən qapı tərəfdən yenidən ayaq səsləri gəlməyə başlayır. Birdən , səni kimsə möhkəm boğmağa çalışır.Sən onun əlindən qurtulmaq istədikcə, o bundan daha da güclənir və səni daha bərk boğur.Bir qədər sonra huşunu itirirsən və yerə yıxılırsan.
Ayılan kimi ətrafına baxırsan-heç kəs yoxdu.Güclü baş ağrısı sənə çox əziyyət verir.Masanın üstündə boş şərab şüşələri,bir kağız bir qələm və kağıza yazılmış şeri oxuyandan sonra anlayırsan ki bu gördüyüm yuxu idi.Əslində isə səni boğan yalnızlığınmış....

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review