Bu gecə hər şeydən bezmişdim.Qulağıma telefonun qulaqlığını taxıb məni xəyallar dünyasına aparan notların göz oxşayan kombinasiyasından yaranan sehirli musiqiyə qulaq asırdım.
Qaranlıq otağıma bir damla şam işığıı qatıb qələmimi ona təhvil verdim ki,içimdəki dənizdə boğulub ölən ümidlərimi ruhumun sahilinə çıxarıb vərəqlərdə dəfn etsin.İstədim ki,ürəyimi gəmirən xatirələr hərflərə çevrilib mənim dəftərimi bəzəsinlər.İstədim ki, bu ağrı mənirahat buraxsın ki,mənim də nə vaxtsa xoşbəxt olmaq şansım yaransın.
Mən bu portreti keçmişimdə basdırmaq istərkən,o mənim gələcəyimdə məni gözləyirmiş.Mən yazmaq istəmirdim.Mən bunu tərgitməyi arzulayırdım..
Hansısa müdrik demişdi ki, arzularından qorx,çünki hər arzunun gərçəkləşmək şansı var.Amma mən heç vaxt arzularımdan qorxmamışam.Çünki nəticəsindən qorxulacaq heç nə istəməmişəm.Sevdiyim şəxslə bir olmaqdan niyə qorxmalıydım ki? Niyəsini yenicə anladım.Arzulardan ona görə qorxmaq lazım imiş ki,onlar gərçəkləşməyəndə iynə kimi adamın qəlbinə batırlar. Hər arzun üsyan iynəsinə çevrilir.rzun nə qədər böyük olsa iynə ürəyini o qədər ağrıdır.
Mənim ürəyimə sancılan iynələrin sırasına yenisi əlavə olundu.Yenə dualarım müdirin qəbuluna çatmamış cırılan ərizələr kimi cavabsız qaldı.Amma mən Tanrıdan küsmədim.
Mən yenə ona dua edirəm.Hər gecə dünyadakı bütün insanlar üçün sülh,firavanlıq və ədalət arzu edirəm.Layiq olanlarçün ruzi,sevinc xoşbəxtlik,ehtiyacı olanlarçünsə mənəviyyat,vicdan,namus, hidayət diləyirəm. Özaüm üçünsə...
Mən ondan özümçün ancaq ölüm istəyirəm.Dünyanı mənsiz,məni ağrısız qoyacaq ölüm...Hər gecə diləyirəm ki, bu gecə mənimçün sonuncu olsun.Artıq nə intihar etməyə ücüm var,nə də içimdəki okean boyda boşluqla ömür sürməyə həvəsim..Artıq bəsdir məncə.Bu dünyadan iyrənməkçün kifayət qədər səbəblə rastlaşdım,Şeyatnın hər üzünü gördüm,ruhumu da nə qədər mümkündür zədələdim.Artıq cəhənnəmə gedə bilərəm.