11 Eylül 2010 Cumartesi

Sel


Bu gecə daxilimə sel gəlmişdi.Göz bəbəklərimə dolub 20 illik ağrılarımı içində saxlayan yaşlar  bəndlərini ırıb ürəyimə axmağa başladı.Bu yaşlar mənim ürəyimin sarayını xarabalığa çevirdi Bu sel mənim 20 ildir yığılan ümidlərimi və işıqlı fikirlərimi məhv etdi.İçimdəki bu xarabalıqsa  qaranlığıma və qanadları qırılmış yaralı canavara yeni saray oldu.
Bu gecə qələmim mənə üsyan etdi.Mən nə qədər müqavimət göstərmək istəsəm də o mənim içimdəki ağrıları alıb özlər,cümlələr inşa edərək yeni monoloq yaratdı.Əllərim qələmimin diqtəsiylə mənim bütün sirrlərimi vərəqlərə danışdı.Beləliklə,mən indi də qələmimin xəyanətiylə üzləşdim.
Nədənsə bu aralar hamı,hər şey məni  incitməkçün əlindən gələni edirdi.Bir zaman mənim çiynimdə oturub  mənə təsəlli verən ilham pərim indi ümidsizliyin cildinə girib ruhumu işğal etmişdi.
O özüylə Şeytanın  üsyan dlı sərkərdələrini gətirmişdi.onlar heç vaxt belə böyük düny
a görməmişdilər.Ona görə də görməmiş sərkərdələr bu dünyanı əldən verməmək üçün ona müqavimət göstərənlərə qarşı soyqırım edirdi.Əli yalın,günahsız, qoca ümidlərim, körpə arzularım öldürülərkən mən dinə bilmirdim.Onlar o qədər qəddar idilər ki, öldürdüklərini tanınmaz hala salırdılar.Mən onları tanıya bilmirdim deyə yaşadıqlarım mənə anlaşılmaz gəlirdi. Bu,məni öldürürdü.
Bu dəhşətli portretin rəssamı Şeytan gözlərimi qaranlıqla bağlayıb məni uçuruma doğru aparırdı.Mən bunu bilsəm də ona müqavimət göstərməyə gücüm yox idi.Əvvəl o uçurumdan qorxsam da,zamanla taleyimlə barışmışdım.Hətta uçuruma gedən yolun uzunluğu mənə uçurumu sevdirməyə də imkan tapmışdı.Yol uzandıqca mən səbirsizlənirdim.Mən həmin uçurumdan yuvarlanmaq istəsəmdə paralel olaraq anlayırdım ki, mən hələ getməliyəm.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | GreenGeeks Review